Daxilindəki gücü aşkara çıxarmaq eçün 5 vacib addım

Müəllif: Barbaris
Şərhlər: 1
Baxılıb: 2 722
Səs ver:
(səs: 2)
Motivasiya insana müxtəlif qaynaqlardan bəxş edilir. Elə günlər olur ki, qolumuzu qaldırmağa həvəsimiz olmur, bəzi günlərdə isə motivasiyamız ilə təkcə özümüzü deyil, bütün ətrafımızı ruhlandıra bilirik. Yəni bu, heç də qabaqcadan müəyyənləşdirilə bilən bir əhval deyil, sadəcə həyatımızda baş verən hadisələr zənciri bizi müəyyən bir ruh halına salır. Bəs yaxşı, əgər həyatın istədiyin kimi getmirsə, lakin motivasiyaya çox ehtiyacın varsa – nə etməlisən? Motivasiyanı geri qazanmaq üçün nə kimi üsullardan istifadə etmək olar. Bu gün sizə məhz bu barədə yazacağıq.

Beləliklə, daxilinizdəki gücü üzə çıxarmaq üçün atmalı olduğunuz 5 addımla tanış olun:

1. Nöqtələməyi bacarın
Əgər hər hansı bir işi görmək istəmirsinizsə, bunu qəbul edin və həmin işlə bağlı hər şeyi nöqtələyin. Əgər bunu etməsəniz, nə həmin işi görəcək, nə də digərlərinə keçid edə biləcəksiniz. Nəticədə həvəssizlik, motivasiya azlığı ilə ümumiyyətlə işə olan marağınız itəcək. İlk növbədə, sizi "qidalandıran” işlərlə məşğul olun. Onlardan aldığınız güc ilə isə sizi daha az maraqlandıran, lakin görməli olduğunuz işlərə keçərsiniz.

2. Yaxşı planlar qurun
Əgər istədiyiniz reallaşdırmaq üçün kifayət qədər gücünüz və ya imkanınızın olmadığını düşünürsünüzsə, bu gözləmə mərhələsini maksimum dərəcədə səmərəli keçirməyə çalışın. Bu vaxtı itirilmiş olaraq dəyərləndirməkdənsə, arzunuzu həyata keçirmək üçün qurduğunuz planı daha detallı düşünün və xırdalıqlar üzərində də düşünməyə çalışın. Planı mükəmməl etdikdən sonra, onu həyata keçirmək üçün yolları da tapa biləcəksiniz.

3. Özünüzə qarşı qəddar olmayın
Əgər siz qəliz kitablar oxumağı sevmirsinizsə, mürəkkəblik sizin ruhunuza uzaqdırsa, buna görə özünüzə qınamalı deyilsiniz. İnsan müxtəlif mərhələlərdə tamamilə fərqli şeylərə maraq duyur və sadəlik, müəyyənlik, aydınlıq istəməyiniz də sizin təbii haqqınızdır. Sizi maraqlandıran şeylərlə məşğul olun, sizə güc verən kitablar oxuyun. Həmin kitablardan aldığınız güclə daha yüksək pillələrə qalxmağa, daima irəli getməyə çalışın.

4. Hissələrə ayırın
Əgər 500 səhifəlik bir kitabı oxumaq sizə çox darıxdırıcı və ürəksıxıcı gəlirsə, hissələrə ayırmağı öyrənin. Əgər gündə ən çox 50 səhifə oxusanız, gözünüzdə böyütdüyünüz bu kitabı cəmi 10 günə bitirə bilərsiniz. Bu bütün digər məşğuliyyətlərə də aiddir.

5. Fasilə verin
Özünüzə istirahət hüququ verin. İşi hissələrə ayırın, fasilələrinizi isə əyləncəli keçirin. Bu fasilələr zamanı kiçik bir gəzintiyə çıx və ya sadəcə sevimli şirniyyatınızla çay içə bilərsiniz. Əsas beyninizi yükləməyə özünüzə icazə verməməkdədir. Beyninizin də bədəniniz qədər istirahətə ehtiyacı var.
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 2 722
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri