Təsirli filmə baxarkən ağlayanlar daha güclü insan olurlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 2 649
Səs ver:
(səs: 2)
Bu nə qədər təəccüblü səslənsə də, araşdırmalar belə qənaətə gəlib.

Bəzən filmlər o qədər təsirli olur ki, hisslərimizi cilovlamaqda çətinlik çəkirik. Qadın və ya kişi olmağınızın fərqi yoxdur, filmin müəyyən məqamında göz yaşlarını saxlamaq qeyri-mümkün ola bilər. Hisslərini cilovlamağa çalışan insanların isə üzlərindən bunu etmək üçün nə qədər güc sərf etdiklərini görmək mümkündür. El arasında belə bir fikir də var ki, əgər bir insan kinoya baxarkən ağlayırsa, deməli emosional olaraq çox zəif adamdır. Lakin əslində bu fikir tamamilə yalnış imiş.

Bir neçə tədqiqatın nəticələri göstərib ki, ən azı 92% insan müxtəlif filmləri izləyərkən, təsirlənir, emosiyalarını cilovlamaqda çətinliklə üzləşir. Dramatik səhnələr hər kəsin ürəyinə toxuna bilir.Bu rəqəm heç də az deyil, razısınızmı? Digər tədqiqatlar isə göstərir ki, belə səhnələr zamanı biz özümüzü qəhrəmanın yerinə qoyur, onun hisslərini keçirir və nəticədə mərhəmət hissimizi oyatmış oluruq. Bu cür etmək isə bizi emosional olaraq daha yaxşı və güclü insan edir.

Film qəhrəmanlarının qayğılarını bölüşdükdə, biz həyatı daha yaxşı dərk etməyə başlayır və açıq oluruq. Bu bizim beynimizin işi ilə əlaqəlidir - emosional səhnələr zamanı bizim orqanizmimin oksitosin adlı hormon istehsal edir, bu isə insanlara qarşı bağlılıq və xoş münasibət formalaşdıran hormonlardan biridir. Həmçinin də bu hormon bizi daha ayıq-sayıq edir.


Məhz buna görə də, kinoteatra gedəndə, hisslərinizi cilovlamağa çalışmayın. Gülməli səhnələrdə ürəkdən gülün, dramatik səhnələrdə isə qəhrəmanla birlikdə olmaqdan çəkinməyin. Bu sizin orqanizminizə ancaq xeyir verə bilər. Belə edərək biz öz hisslərimizi idarə etməyi öyrənir və daha güclü olururq.
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 2 649
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri