Yuxu iflici haqqında nə bilirik?

Müəllif: ___Jasmin___
Şərhlər: 12
Baxılıb: 558
Paylaş:
Səs ver:
(səs: 0)
Yuxu ilə bağlı ən maraqlı fenomenlərdən biri də yuxu iflicidir. Yəqin ki, siz özünüzdə və ya yaxınlarınızda bu halı müşahidə etmisiniz – yuxudan oyanırsınız, amma hərəkət edə bilmirsiniz, danışmaq istəyirsiniz, səsiniz çıxmır, hətta bəzi zamanlarda sinənizdə böyük ağırlıq hiss edirsiniz. Bu zaman eşitmə və görmədə illiuziyalar yarandığı üçün “eşidəcəyiniz” pıçıltılı səslər və “görəcəyiniz” eybəcər məxluqlar və ya qara kölgələr təbii olaraq qorxuya səbəb olsa da, yuxu iflici hər hansı bir xəstəliyə səbəb olmur. Yuxu iflicinin yaranma səbəbləri tam müəyyən olunmasa da, bəzi variantlar mütəxəssislər tərəfindən təsdiqlənib. Belə ki, tez-tez iqlim şəraitini dəyişən, yuxu rejimi pozulan, az yatan, çox stres keçirən, qan dövranı zəif olan, psixoloji gərginlikləri çox olan, arxası üstə yatmağa üstünlük verən və narkotik asılılıqları olan insanlarda bu halın daha çox baş verdiyi müşahidə olunmuşdur.

Yuxu iflici – şüurun oyaq, bədənin isə yuxuda olduğu zaman baş verən prosesdir.Bu hal daha çox yuxuya təzə gedəndə və ya yuxudan oyanmağa az qalmış baş verir və bir neçə saniyədən iki dəqiqəyədək davam edə bilər. Əsasən yeniyetmələrdə müşahidə olunsa da, böyüklərdə də kifayət qədər rast gəlinir. Xəstəlik hesab olunmasa da, bu xoşagəlməz hallarla qarşılaşmamaq üçün və ya qarşılaşdığınız zaman aşağıdakılar məsləhət görülür:

Sinənizdə ağırlıq hiss etdiyiniz zaman buna müqavimət göstərməyin, bir neçə saniyəyə sakitləşib oyanacağınızı bilməlisiniz. Əks halda müqavimət zamanı ürək döyüntüləri arta, halüsünasiyalar daha qorxulu hal ala bilər.
Yuxu rejiminizi qaydaya salmağa və bacardıqca arxası üstə yatmamağa çalışın.
Stresdən uzaq olmaq məsləhətdir.
Əgər hər gecə, bir gecədə bir neçə dəfə və ya günaşırı yuxu iflici keçirirsinizsə, evdəkilərdən kömək istəyin, yuxuda tez-tez nəfəs aldığınızı, tərlədiyinizi, gözlərinizin tez-tez hərəkət etdiyini müşahidə etsələr, sizi oyatsınlar.
Yatmazdan öncə su və təmiz hava qəbulu da məsləhətdir.
Nə qədər çətin olsa da, barmaqlarınızı tərpətməyə cəhd edin.
Yuxu iflici ilə bağlı dünya xalqlarında fərqli mifologiyalar formalaşıb. Belə ki, Şərq xalqları bu vəziyyəti “cintutma” adlandırır, bəziləri hesab edir ki, bu, evdə kök salmış pis ruhlar, kabuslardır. Çuvaşlar bununla bağlı Vibor adlı xüsusi personaj da müəyyən ediblər. Kalmıklar Xar Dərna adlı cinin əməli olduğuna inanırlar. Guya o, insanı yuxusunda boğur. Basklar isə deyir ki, İnquma adlı ruh insanı, baş verə biləcək pis hadisədən məhz bu yolla xəbərdar edir. Yaponlar isə Kanasibari adlı nəhəng məxluqun ayağını insanın sinəsinə qoyduğu üçün yuxu iflicinin baş verdiyini düşünür.

Hazırladı: Pərvanə Əliyeva

loading...
(səs: 0)
Şərhlər: 12
Baxılıb: 558
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
_MeLeK_
mende ilk defe esidirem
26 fevral 2017 21:08
12
unutmanin en agiri,unuta bilmeden unutmaqdir
Offline
S.Heydarova
İlk dəfə eşidirəm
11 avqust 2016 21:18
11
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
Offline
efsane..
He heqiqetende pis haldi iki defe bununla rastlasmisam ve sebr edib kecmesini gozleye bilmemisem ozumu ayiltmaga calisib duzelmisem amma anlamirdimki ne oldugunu ?
11 avqust 2016 17:37
10
Offline
Mrs.A
Mende bele sey olmur. Amma hemise uzu uste yatmisam 1-2 defe arxasi uste yatanda ozumu cox pis hiss edirem her yerim agriyir
11 avqust 2016 16:08
9
Acısı çox olan qizların guluşu gozel olur.!
Offline
vipbetul
yuxuyla baqli problemim yoxdur
11 avqust 2016 15:04
8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
MODABAZ
Men yatandaa bedenım her den esır tıtreyır yuxudan reskı ayılıramm
11 avqust 2016 14:38
7
Heyata daim gulmek lazimdii
Offline
aliceWOnDer
İlk dəfədi belə bi şeylə qarşılaşıram...Maraqlı xəbərdi..
11 avqust 2016 14:35
6
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
___Jasmin___
Sitat: _Qanadsız_Mələk_
Allah heç kəsə göstərməsin. Şükür belə bir şey olmayıb məndə. Amma çox yorğun olanda yuxuda elə bilirəm ki göydən yerə düşürəm 23 Təşəkkürlər.

O basqadi hamdida olur yuxuya getme aninda olur
11 avqust 2016 14:12
5


Aşk elbisesi en güzel sende duruyor ama ne acı terzin ben değilim
Offline
YalniZ-ArZu
mende de olur arada,cox arzuolunmaz haldi,insan ozunu caresiz,gucsuz hiss edir.
11 avqust 2016 12:52
4
Adətən həyatda 3 sandığımız olar.1-cehiz sandığımız,2-adam sandığımız,3-söz veribdə tutar sandığımız.
Offline
Totu
Tesekkurlərr
11 avqust 2016 12:00
3
Offline
___Jasmin___
bu xeberi gondermeyim hecde tesaduf deyil yuxu iflicini defelerle yasamisam artiq o qeder cox idiki yatmaga bele qorxurdum ki birden yuxu iflici olar yene cox pis seydi Allah hec kese gostermesin ama mende bir nece deqiqe olur iflic neysw cox danisdim serh yazanlar sagolsun
11 avqust 2016 11:50
2


Aşk elbisesi en güzel sende duruyor ama ne acı terzin ben değilim
Offline
BARBI
Men bele bir sey yasamisam. Sanki qisqiridim sesim cixmir elimi hereket etdirirem bedenim iflic olub. O anda dua oxudum ve ayildim
11 avqust 2016 11:45
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv