Təəccüb yaradan psixoloji xəstəliklər

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 5 035
Səs ver:
(səs: 1)
OTHELLO SİNDROMU
Bu narahatlıq, adamın sevdiyi birini xəstəlik dərəcəsində qısqanması vəziyyəti olaraq ifadə edilir.Yoldaşının və ya sevgilisinin sadiq olmadığı düşüncəsinə qapılan kəslər, başlarında qurduqları ssenaridə xəyanətə uğradıqlarının düşünüb birlikdə olduqları kəslərə zərər verə bilir.

NARAHAT QIÇ SİNDROMU

Sıx görülən narahatlığı yaşayanlar ümumiyyətlə yatağa girib hərəkətsiz qaldıqlarında qıçlarında fərq etdikləri, ancaq tam olaraq tərif edə bilmədikləri narahatedici hisslərə qapılır. "Baldırlarım ağrıyır", "Qıçlarıma bir şeylər batır", "Yanır" kimi çox fərqli şəkillərdə şikayətlərini təsvir edərkən bu hisslərin bütünü istirahət halında ortaya çıxıb, hərəkət ilə itir. Bu narahatlıq yuxusuzluğa və buna bağlı yorğunluq, diqqət və konsentrasiyada azalma və şəxsiyyət dəyişikliklərinə səbəb ola bilir.

OLFAKTÖR İSTİNAD SİNDROMU

Ətrafına dözülməz ölçüdə pis bir qoxu yaydığına inanan adam, bədən qoxusuyla həddindən artıq məşğul olarkən və bundan ötəri özlərini günahlandırır. Gerçəkdə var olmayan bir qoxu üçün tez-tez ətraflarından üzr istəyən kəslər, dişlərini fırçalayaraq və ya tez-tez paltar dəyişdirərək qoxudan xilas olacaqlarını düşünürlər.

CAPGRAS SİNDROMU
Bu sindromun başlıca xüsusiyyəti, adamın ətrafındakıların gerçək olmadığına, başqalarının onların yerinə keçdiyinə inanması olaraq təyin olunur. Qadınlarda bir az daha çox görülən bu sindrom sanısal pozğunluqlardan biri olaraq təsnif edilə biləcəyi kimi şizofreniyanın bir əlaməti olaraq da görülə bilir. Xəstə, özünü olduqca kompleks bir sui-qəsdin içində hiss edir və ətrafındakıların fərqində olmadan dəyişdirildikləri düşüncəsinin narahatlığını yaşayır.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 5 035
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri