Depressiya nədir?

Müəllif: Lola_Maya_
Şərhlər: 11
Baxılıb: 940
Paylaş:
Səs ver:
(səs: 0)
İndiki vaxtda hər keçən gün bir az daha sıx rast gəlməyə başladığımız bir narahatlıq olan Depressiya (ruhi çöküntü); ümumiyyətlə ətrafımızda meydana gələn hadisələrə bir reaksiya olaraq ortaya çıxar. Bazar ertəsi səhərləri yaşadığımız keçici çətinliklərdən, dərin romantik itkinlərin yaşandığı və psixiatr müdaxiləsi tələb edən ağır hadisələrə qədər bir çox narahatlıq depressiya olaraq adlandırılır.

İnsanlar zaman zaman özlərini hüznlü və bədbəxt hiss edərlər. İşindən ayrılmaq, sevdiyini itirmək və ya müvəffəqiyyətli ola bilməmək hüznə gətirib çıxaran həyat hadisələrindəndir. Qısaca hüzn normal həyatın bir parçasıdır. Ancaq bu hüznlü vəziyyətin uzanması və səbəbsiz ortaya çıxması ruh sağlamlığı problemidir və depressiya olaraq təyin olunar. Depresiya duyğu, düşüncə və davranışa təsir edər. Müalicə edilmədiyi təqdirdə aylar illər, bəzən də ömür boyu qala bilər.
Depressiya hər yaşda hər fərd də görülə biləcək ruhi bir xəstəlikdir. Genetik və ya biokimyasal səbəblər, ətraf şərtləri və psixososial çətinliklər, məcbur qalmalar depressiyanın başlamasında faktor ola bilər. Müalicə edilmədiyi vəziyyətdə fərdin həyatını ümidsiz, pessimist, böhran içində keçirməyə başlamasına səbəb yaradaraq, depressiv psixoz olaraq təyin olunan gerçəkləri görməyəcək qədər böhrana qədər çata bilər. Cəmiyyətin hər seqmentində görülə bilər. Psixiatrik xəstəliklər arasında ən sıx rast gəlinən bir mənzərədir.

Həyat boyunca hər 100 kişidən 10-nun və hər 100 qadından 20-nin depressiya keçirdiyi araşdırmalarla müəyyən olunmuşdur.

Depressiyanın əsas simptomlarına aiddir:
• əhvali-ruhiyyənin enməsi (bütün gün ərzində və ya günün çox hissəsi ərzində);
• marağın və zövq (həzz) alma hissinin itirilməsi;
• fəallığın azalması və tez yorulma;

Depressiyanın əlavə simptomlarına aiddir:
• diqqəti cəmləşdirmək qabiliyyətinin enməsi;
• özünüqiymətləndirmənin və özünə inamın enməsi;
• qeyri-adekvat günahkarlıq və özünü kiçiltmə fikirləri;
• gələcəyə bədbin və ümidsiz baxışlar;
• özünəxəsarətə və ya suisidə yönəlmiş fikirlər və ya hərəkətlər;
• yuxunun pozulması;
• iştahanın azalması.

Depressiv simptomların sayından və onların ifadə dərəcəsindən asılı olaraq ayırd edilir:
Yüngül dərəcəli depressiv epizod (F32.0)

• 3 əsas simptomdan ən azı 2-si müşahidə olunmalıdır;
• Bundan əlavə ən azı 2 əlavə simptom müşahidə olunmalıdır;
• Müşahidə olunan simptomların heç biri əhəmiyyətli dərəcədə nəzərə çarpan olmamalıdır;

Orta dərəcəli depressiv epizod (F32.1)
• 3 əsas simptomdan ən azı 2-si müşahidə olunmalıdır;
• Bundan əlavə ən azı 3 (əksər hallarda 4) əlavə simptom müşahidə olunmalıdır;
• Müşahidə olunan simptomların bir neçəsi əhəmiyyətli dərəcədə nəzərə çarpa bilər (əgər simptomlar çoxdursa, bu, mütləq kriteri hesab olunmur).

Ağır dərəcəli depressiv epizod (F32.2)
• Hər 3 əsas simptom müşahidə olunmalıdır;
• Bundan əlavə bir qismi ağır olmaqla 4 və ya daha çox əlavə simptom müşahidə edilir.

Depressiyanın müalicəsi
Depressiyanın iki əsas müalicə üsulu var: dərman müalicəsi və psixoterapiya.
Depressiyanın müalicəsində istifadə olunan psixoterapiya metodlarına koqnitiv-biheyvioral psixoterapiya, interpersonal (şəxslərarası) psixoterapiya və psixodinamik psixoterapiya aiddir.

loading...
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 940
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
♥ KaMa ♥
tşkrlər xəbərçün
24 avqust 2016 15:34
11
Dünyanın yarısını qadınlar təşkil edir, digər yarısını isə qadınlar yetişdirir. Qadına qarşı hörmətli ol !!!
Offline
son bahar
ele menimde depresiyam qalxib bu gun cooooxxx esebiyem29
24 avqust 2016 15:16
10
Həyat cox çətindi, ama məndə asant biri deyiləm...Sözümün keçmədiyi yerdə sözümü yox!!!!Yerimi dəyisərəm
Offline
Fialka
Hərdən ola bilsin ki, depressiyanın bəzi simptomları olmuş olsun amma bu o demək deyil ki, tam depressivəm əksinə nikbin düşünən və pozitiv tərəfim daha çoxdur))..
24 avqust 2016 14:37
9
Offline
YalniZ-ArZu
mende tez tez depressiyaya duwurem,amma cox qisa cekir bu hal,en coxu iki gun 23
24 avqust 2016 14:21
8
Я — личность творческая, хочу творю, хочу вытворяю!deli
Offline
narmiwka_15
byy onda men depresyondayamki burda yazilanlarin hamisi olur mende
24 avqust 2016 12:52
7
Be Happy))
Offline
Onun_Mələyi
Burda sadalanların hamısı mənim indiki halımdı.uzulenne yemek yemirəm, nə gülmürəm, çox tez əsəblirəm, hər xırda şeyə ağlıyıram.agla çox hövsələsiz olmuşam.amma bezmədən eyni yere 3saat vaxa bilərəm...heç nəyə həvəsim yoxdu...insanlardan uzaq olçaq , kimsə ilə danışmaq istəmirəm VƏƏ YUXU PROBLEMİÇ VAR.Bunun adıda Depresiya....amma müalicə olunmuram...sadə insanlar məni əsəbləşdirməsun, ne olub deye soruşmasınlar, nəyisə israr edib etdirməsinlər, və bərkdən gülməsinlər isdiyirəm.
24 avqust 2016 11:58
6
"Sən tərgidə bilmədiyim ən gözəl vərdişimsən...heartuww
Offline
BARBI
Mende bir defe depresiyaya dusmusem. Cixmaq uzun muddetimi alib. Depresiyada olan insanlar tek qalmamalidir
24 avqust 2016 11:40
5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
qaranliq1
Sitat: lale.veliyeva19
İndiki dövrdə normal haldır Allah heç kimə göstərməsin

mencede
24 avqust 2016 11:29
4
♥♥♥Həyatda heç bir şeyim az olmadı sənin qədər.Və heç bir şeyi istəmədim səni istədiyim qədər.♥♥♥
Offline
vipbetul
sukur ki ele problemlerim olmur
24 avqust 2016 11:21
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
lale.veliyeva19
İndiki dövrdə normal haldır Allah heç kimə göstərməsin
24 avqust 2016 10:54
2
Offline
MODABAZ
Allah hec kıme gostermesın cox pıs weydıı
24 avqust 2016 10:41
1
Heyata daim gulmek lazimdii

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv