Uşaqlarda intihar halları

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 3 009
Səs ver:
(səs: 1)
Azərbaycanda uşaqlar arasında da özünə qəsd halları çoxalıb. Bu fikrin müəllifi uşaq psixoloqlarının sözlərinə görə, nədənsə bu faktlar polis orqanları tərəfindən gizlədilir. Psixoloqların fikrincə, bu faktların gizlədilməsində ailələrin də müdaxiləsi olur. Psixoloqlar uşaqların özünə qəsd etməsinə əsas səbəb kimi sosial vəziyyətin ağırlığını, ailədə baş verən münaqişələri göstərir. Psixoloqların dediklərindən məlum oldu ki, bu hallara daha çox şimal və cənub bölgəsində rast gəlinir ki, bu da həmin ərazilərdə natamam ailələrin üstünlük təşkil etməsi ilə izah edilir. İşsizlik səbəbindən ailənin ananın ümidinə qalması uşaqların psixologiyasına mənfi təsir göstərir.
Psixoloqlar onu da vurğuladı ki, uşaqları psixoloji problem yaşayan valideynlər həkimlərlə birlikdə işləməkdən “boyun qaçırırlar”. Onunların sözlərinə görə, uşaqlarda psixoloji problem olduğunu müşahidə edən valideyn onu həkimə gətirir və həkimdən möcüzə gözləyir: “Bu cür vəziyyətlərdə həkimlər valideynlərlə əlbir işləməyi əsas prinsip kimi qəbul edirlər. Valideyn isə hər şeyi həkimdən gözləyir ki, həkimlər bunu daha çox valideynin tənbəlliyi və digər maraqlarını üstün tutmaları ilə izah edirlər”. Psixoloq xüsusilə çətin tərbiyə olunan uşaqların valideynləri ilə birgə fəaliyyətin daha vacib olduğunu vurğulayır.
Onunların sözlərinə görə, uşaqlar arasında qalıcı psixoloji problemlər sonradan onların əsəblərinin korlanmasına səbəb olur: “Qalıcı problemlərə yol açan amillər arasında uşağın mütəmadi fiziki zorakılığa məruz qalması amili mühüm rol oynayır. Psixoloqların sözlərinə görə, bundan başqa, uşaqların psixi cəhətdən zorakılığa məruz qalması da onlarda sonradan mənfi fəsadlar verir. Belə ki, balacalara qarşı daim “sən pissən”, “heç nə bacarmırsan”, “sən danışma” kimi ifadələrin işlədilməsi uşaqların şəxsiyyət probleminin ortaya çıxmasına səbəb olur. Təkrar edilən sözlər uşaqlarda şüuraltı mərkəzə keçir. Eləcə də fiziki və psixoloji zorakılığa məruz qalan uşaqlarda sonradan intihar hallarının baş verməsi də mümkündür.
Psixoloq bu qənaətdədir ki, uşaqlar arasında autizim - özünüqiymətləndirmə məşqlərinin keçirilməsi vacibdir. Psixoloqların fikrincə, məktəb psixoloqunun savadsızlığı, müəllimin dərsini zəif oxuyan uşağı lağ, tənqid hədəfinə çevirməsi (”Sən bu dərsi onsuz da bacarmazsan”) uşaqlarda özünüqiymətləndirmə qabiliyyətini azaldır.
Özünü həddən artıq yüksək dəyərləndirən uşaqlarda xudbinlik bəlası mövcuddursa, özünü aşağı qiymətləndirən uşaqlarda da psixoloji problemlər var. Yəni uşaqlar özlərinə orta qiymət verməyi bacarmalıdır. Belə ki, heç vaxt ailədə, məktəbdə sözü dinlənilməyən, istənilən səviyyədə dəyərləndirilməyən uşaqlar düşdükləri sosial qrupda özlərini aşağı səviyyədə hiss edirlər.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 009
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri