Depressiyanın əlamətləri

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 600
Paylaş:
Səs ver:
(səs: 1)
Depressiya diaqnozu XBT-10 (Xəstəliklərin Beynəaxalq Təsnifatı - 10-cu buraxılış) diaqnostik kriterilərinə əsasən müəyyənləşdirilir. Depressiv pozuntu diaqnozunun qoyulması üçün depressiv simptomlar 2 həftədən az olmayan müddətdə qeyd olunmalıdır. İstisna hal kimi ağır depressiv epizodun kəskin başlanğıcı ola bilər ki, bu zaman müvafiq simptomların daha qısa müddət davam etməsinə baxmayaraq diaqnoz təyin edilə bilər. Depressiya
Depressiyanın əsas simptomlarına aiddir:
• əhvali-ruhiyyənin enməsi (bütün gün ərzində və ya günün çox hissəsi ərzində);
• marağın və zövq (həzz) alma hissinin itirilməsi;
• fəallığın azalması və tez yorulma;
Depressiyanın əlavə simptomlarına aiddir:
• diqqəti cəmləşdirmək qabiliyyətinin enməsi;
• özünüqiymətləndirmənin və özünə inamın enməsi;
• qeyri-adekvat günahkarlıq və özünü kiçiltmə fikirləri;
• gələcəyə bədbin və ümidsiz baxışlar;
• özünəxəsarətə və ya suisidə yönəlmiş fikirlər və ya hərəkətlər;
• yuxunun pozulması;
• iştahanın azalması.

Depressiv simptomların sayından və onların ifadə dərəcəsindən asılı olaraq ayırd edilir:
Yüngül dərəcəli depressiv epizod (F32.0)
• 3 əsas simptomdan ən azı 2-si müşahidə olunmalıdır;
• Bundan əlavə ən azı 2 əlavə simptom müşahidə olunmalıdır;
• Müşahidə olunan simptomların heç biri əhəmiyyətli dərəcədə nəzərə çarpan olmamalıdır;
Orta dərəcəli depressiv epizod (F32.1)
• 3 əsas simptomdan ən azı 2-si müşahidə olunmalıdır;
• Bundan əlavə ən azı 3 (əksər hallarda 4) əlavə simptom müşahidə olunmalıdır;
• Müşahidə olunan simptomların bir neçəsi əhəmiyyətli dərəcədə nəzərə çarpa bilər (əgər simptomlar çoxdursa, bu, mütləq kriteri hesab olunmur).
Ağır dərəcəli depressiv epizod (F32.2)
• Hər 3 əsas simptom müşahidə olunmalıdır;
• Bundan əlavə bir qismi ağır olmaqla 4 və ya daha çox əlavə simptom müşahidə edilir.

Depressiyanın müalicəsi
Depressiyanın iki əsas müalicə üsulu var: dərman müalicəsi və psixoterapiya.
Depressiyanın müalicəsində istifadə olunan psixoterapiya metodlarına koqnitiv-biheyvioral psixoterapiya, interpersonal (şəxslərarası) psixoterapiya və psixodinamik psixoterapiya aiddir

loading...
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 600
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
lale.veliyeva19
Şükür artıq yoxdu belə problemim
3 sentyabr 2016 17:15
6
Offline
vipbetul
sukur ele problemlerim olmur
3 sentyabr 2016 15:07
5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Helena
Wukur mendede olmayib inwallahda olmaz
3 sentyabr 2016 13:05
4
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Yaşadığım bütün yalnızlıqlar, gözlədiyim bir insan üçündür xeyal
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Offline
NURANE
allah uzaq elesin amin
3 sentyabr 2016 10:42
3
1) Ağıllı insanlar başqalarının təcrübələrindən yararlanarlar,inadçı insanlarsa hər şeyi özləri etmək istəyərlər.(John Lubbock)
Offline
S.Heydarova
Tez yorulma olur məndə
3 sentyabr 2016 10:38
2
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
Offline
MODABAZ
Hazırlıq vaxtı men duwmedım depresesyaya ama cox halsız heyecanlanırdım aglayırdımm cox pıs weydı esasda ınsan sevdıyınden ayrılanda depressyaya duwur Allah uzaq elesın wukur mende ele wey olmadı lazımsız ınsana ggore depressayaya duwmek lazım deyıl
3 sentyabr 2016 10:15
1
Heyata daim gulmek lazimdii

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv