Enurezis

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 1 995
Səs ver:
(səs: 0)
İslanan paltarlar, yataq və çarşaflar… Alt islatma problemi bir çox ailədə çətinliyə səbəb olan bir vəziyyətdir. Hər 10 uşaqdan 2sində görülən alt islatma problemi, uşaqlarda ən sıx görülən problemlərin başındadır. Yaxşı uşaqlar niyə altını isladar, bu problemin altında yatan səbəblər nələrdir?
Alt islatma nədir?

Alt islatma; uşağın fizioloji və ya psixoloji bir çox səbəbdən ötəri yuxu əsnasında və ya oyanıqkən sidiyini tuta bilməməsi vəziyyətidir. Bu vəziyyətə tibb dilində enurezis adı verilir.

İnkişafı normal seyr edən uşaqların çoxu 2-3 yaş dövründə tualet ehtiyacını xəbər verirlər. Ancaq uşaq, 4-5 yaşına gələnə qədər hərdənbir gündüzləri, daha sıx olaraq da gecələri sidik idarəsini təmin etməkdə çətinlik çəkdiklərizaman altlarını islada bilərlər.Sidik kisəsinin əzələləri gecə daha çətin idarə edilə bildiyindən, gecə alt islatma davranışı, gündüzdən daha sıx görülür.

Ailələr uşaqları 5 yaşına qədər bu vəziyyəti normal qəbul etməlidir. Uşağın normal inkişafı içində sidiyini gecə və gündüz nəzarət edəcəyi bioloji yetkinliyə çatması lazım olan 5 yaşından sonra ancaq bir problemin varlığından söz edilə bilər.

Səbəbləri Nələrdir?

-Əvvəlcə ailənin uşağın tualet təlimi müddətindəki göstərmiş olduğu yanaşma çox əhəmiyyətlidir. Xüsusilə tualet təliminə çox erkən başlanılması, qatı şəkildə tualet təlimi və ana atanın bu müddətdəki uyğun olmayan davranışları enurezise səbəb olmaqdadır.

-Alt islatma problemində genetik faktorların əhəmiyyətli bir yeri vardır. Uşağın ana-atasında ya da yaxın qohumlarında bənzər bir vəziyyətin olması, alt islatma problemiylə qarşılaşma riskini artırmaqdadır.

-Uşağın sinir sisteminin yaşıdlarına görə daha yavaş inkişaf göstərməsi də sidik idarəsini gecikdirərək alt islatmasına səbəb ola bilər.

-Alt islatma problemində fiziki xəstəliklərin də əhəmiyyətli bir təsiri vardır. Böyrəkdə və sidik sistemində var olan pozğunluqlar və sidik yollarındakı xəstəliklər alt islatmağa səbəb ola bilər.

-Alt islatmanın ən əhəmiyyətli səbəblərindən biri də dərin yuxudur. Yuxusu çox dərin olan uşaq, tualetinin gəldiyini fərq edə bilməz və altını islada bilər.

-Ayrıca ana-ata arasındakı gərgin əlaqələr, boşanma, qardaş qısqanclığı, təzyiqçi ana-ata tutumu kimi ailə içindəki problemlər də uşağın alt islatma probleminin meydana gəlməsində təsirlidir.


Nə etməli, necə davranmalı?

-Əvvəlcə ailələrin bu vəziyyətdə bir mütəxəssisə müraciət etməsi lazımdır. Mütəxəssisin edəcəyi analiz nəticəsində problemin fizioloji ya da psixoloji olub olmadığı müəyyən olunur və bu nəticəyə görə bir müalicə üsulu təyin olunur.

-Altını isladan bir uşaq ən çox yetkinlərdən anlayışlı və səbirli olmasını gözləyir. Ailələr bu vəziyyətin uşağı kədərləndirdiyini və utandırdığını bilməlidirlər.
-Valideynlərin uşaqlarına qarşı təzyiqçi və alçaldıcı rəftarlardan qaçınması lazımdır. Ayrıca bu problemindən ötəri uşağa fiziki cəza vermək, qorxudub təhdid etmək, uşaqda çaxnaşma, narahatlıq kimi mənfiliklərə səbəb ola bilər.

-Ailələr hər uşağın fərqli olduğunu unutmamalı, uşağını başqa uşaqlarla müqayisə etməməlidir.

-Valideynlər uşağına sevgi və maraq göstərərək uşağa güvən duyğusu qazandırmalıdırlar.

-Uşaqla bu problemini ortadan qaldırmaq üçün əməkdaşlıq edilməli, bu narahatlığın səbəbləri və müalicə yolları haqqında danışılmalıdır.

-Təqvim tutma və mükafatlandırma texnikası da təsirli bir üsul ola bilər. Bu texnikada uşaq yaş və ya quru olduğu gecələri bir təqvim üzərində işarələr. Əgər təqvimdə işarələnilmiş olan quru günlər çoxsa uşağa mükafat verilər. Bu üsul uşağın özünə olan etibarını və motivasiyasını artırar.

-Yuxusu çox dərin olan uşaqlarda başlanğıc olaraq 2-3 saatda bir yuxudan qaldırıb, tualetə çıxarmaq lazımdır. Burada diqqət yetiriləcək məqam uşağın tamamilə oyandığından əmin olmaq, yarı yuxulu, gözü bağlı bir şəkildə sidiyə çıxmamasını təmin etməkdir.

-Yatmadan əvvəl maye alışını məhdudlaşdırmaq, uşaq yatağa girmədən tualetə getməsini təmin etmək də alt islatma probleminin həllində uşağa dəstək olur.

Son olaraq; bir çox uyğunlaşma və davranış pozuntusunda olduğu kimi alt islatma problemində də ana-ata tutumlarının əhəmiyyəti böyükdür. Uyğun olmayan valideyn tutumları səbəbiylə yaşanan problem daha da arta bilər. Uşaqda uyğunlaşma və davranış pozuntuları ortaya çıxa bilər, özünə inam əskikliyi, həddindən artıq narahat olma, içə qapalılıq kimi şəxsiyyət inkişafına təsir edən problemlər yaşana bilər. Bu səbəblə valideynlərin problemin həlli üçün çox diqqətli olması və bu vəziyyətə əsla laqeyd yanaşılmaması lazımdır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 995
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri