Mimika və jestlər

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 4 300
Səs ver:
(səs: 3)
Mimika və hisslər
Qeyri-verbal davranış elementləri içərisində üzün mimikası və fizioqinomika əsas rol oynayır. İnsanın sifətində müşahidə oluna biləcək bütün dəyişikliklər mimikaya aid edilir.
Xüsusi ədəbiyyatlarda 20 000-dən çox üz ifadələrinə rast gəlinir.
Onları təsnifələşdirmək üçün fast (Pol Ekman tərəfindən tətbiq olunmuşdur) adlanan metodika təklif olunmuşdur.
Prinsipi bu şəkildədir: üfiqi xətt üzrə sifət 3 zonaya bölünür (göz və alın; burun və burun nahiyyəsi; ağız və çənə).
Mimiki vasitələrin köməyilə tez-tez ifadə olunan 6 əsas emosiyanı fərqləndirirlər: sevinc, qəzəb, təəccüb, nifrət, qorxu və kədər.Zonalar üzrə emosiyaların müəyyən edilməsi (fiksasiyası) mimik hərəkətləri müəyyən dərəcədə qeydə almağa imkan verir.
İnsanın sifəti həmişə onun hisslərini əks etdirmir. Sual yaranır: üzün ifadəsindən yalançı hisslərlə həqiqi hissləri fərqləndirmək olarmı?
Başqa insanlarla ünsiyyət zamanı nəyə diqqət etməklə bağlı bir neçə “açarlar” mövcuddur.İlk vacib qayda: ağız mimikasına nəzarət etmək alın və göz mimikasından nəzarət etməkdən olduqca asandır.Buna görə də üzün məhz yuxarı hissəsində yalanı üzə çıxardan qeyri-ixtiyari yaranan emosiyaları axtarmaq lazımdır.
Bir çox psixoloqlar qeyd edirlər ki, sifətin sağ və sol yarısı eyni situasiyada özünü müxtəlif cür aparır.İnsanların əksəriyyəti sağtərəfli tipə, az hissəsi isə soltərəfli tipə aiddir.Belə ki, bədənin sol yarım kürəsinə nəzarət edən beynin sağ yarımkürəsi insanın emosiyalarını idarə edir.Sol isə məntiq və sağlam fikrə cavabdehdir.Lakin tamamilə fərqli fikirlər də mövcuddur: sol tərəf sağı yalnız o halda ifadə edir ki,insanın emosiyaları təəssüratdan çox əhəmiyyətli dərəcədə oynayır.
Beləliklə,sifətin hər iki hissəsində həqiqi emosiyalar eyni şəkildə göründükdə sifətin sol yarısına aktyor sayağı emosiyalar güclü şəkildə təsir edir.

Sifət zonası
Pol Ekmanın metodikası üzərində bir az daha konkret dayanaq.Sevimli insanın sifətin aşağıdakı zonalara ayırmaq olar:
Alın(qaşları da aid etməklə).
Sifətin orta hissəsi: göz, burun və yanaqlar.
Ağız və çənə nahiyyəsi.
Qırışıq alın və qaş şəkli təfəkkür prosesindən xəbər verir.
Çənə nahiyyəsi (aşağı dodağı da aid etməklə) ehtiraslı (şəhvani) və cinsi həyatı xarakterizə edir.
Çənə həmçinin insanın özünüreallaşdırma qabiliyyətini bildirir.
Kimsə qərarlı şəkildə nəsə həyata keçirmək niyyətindədisə bu zaman o, çənəsini önə verir.
(səs: 3)
Şərhlər: 2
Baxılıb: 4 300
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri