Emosiyaların koqnitiv nəzəriyyəsi

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 3 967
Səs ver:
(səs: 0)
Bu nəzəriyyə koqnitiv psixologiyanın inkişafı nəticəsində yaranıb və emosiyaların yaranmasında əsas mexanizmlərin koqnitiv proseslər olması fikrini əks etdirir.

S.Şexterin emosiyaların koqnitiv-fizioloji nəzəriyyəsi.
Bu nəzəriyyə S.Şexterov tərəfindən kolleqaları ilə birlikdə emosiyaların koqnitiv nəzəriyyəsi çərçivəsində işlənib hazırlanmışdı.Burda göstərilir ki,orqanizmin fəaliyyətini yüksəlməsini şərtləndirən visseral reaksiyalar emosianal vəziyyətin yaranması üçün vacibliyinə baxmayaraq,o emosianal reaksiyanın intensivliyinin müəyyən edilməsində kifayət edəcək qədər deyil,ancaq onun siqnalları və modalları yox.Bu nəzəriyyəyə müvafiq hər hansı bir hadisə və ya situasiya həyəcan (ehtiras) yaradır və insanda onun mahiyyətini qiymətləndirmək zərurəti yaradır. Şexterovun təssəvvürünə görə emosiyaların yaranmasında qavranılan stimullar və onun sayəsində orqanizmdə yaranan fizioloji dəyişikliklər insanın keçmiş təcrübəsinə təsir edir və indiki anda yaranan təlabat və maraqlara əsasən situasiyanı qiymətləndirir.Bu qaydayla,visseral reaksiya emosiyanı birbaşa deyil vasitəli çağırır.
Bu nəzər nöqtəsinin xeyrinə olaraq qeyd edək ki,emosiyaların yaranması baş vermiş situasiyanın(fenomenə istinad etmə istifadəsi zamanı)qiymət dəyişikliklərinin təyin olunmuş şifahi təlimatı və emosiyagen informasiyası ilə şərtlənə bilər.
Eksperimentlərdən birində insanlara “dərman”keyfiyyətli fizioloji neytral məlhəm verilir,həm də onlardan bir qrupuna deyilir ki,mövcud “dərman”onlarda eyfariya yaradacaq,digərlərinə isə qəzəb yaradacağı bildirilir.Və həqiqətəndə “dərman” qəbulundan sonra tədqiq olunanlarda gözlənilən emosianal təzahürlər yarandı.
Emosiyaların koqnitiv nəzəriyyəsinin xeyrinə olaraq belə bir fakt da vardır-adrenalinin başlanmasıyla yaradılan visseral reaksiyalar eksperimentin situasiyasından və təlimatın xarakterindən asılı idi-bir dəfə o qəzəb reaksiyası yaradır,digərində isə qorxu,o birində -sevinc və s.
Əsassız əks əlaqəli eksperimentlərdə göstərilmişdi.Tədqiq olunanda qavranılan obyektə qarşı emosianal münasibət real olmayan visseral dəyişikliklərlə də təyin olunur,visseral informasiyalar haqqında yanlış (əsassız)informasiyaların qiymətilə təyin olunur.
Eləcə də göstərilmişdi ki,insanın emosianal təzahürlərinin intensivliyi və xarakteri əhəmiyyətli pillədə insanın digərinin halına yanmasından asılıdı.Həm də bu effekt halına yananın bu insana necə münasibət göstərməsindən də asılıdı.
Şexterevin fikrincə emosianal vəziyyət –iki komponentin qarşılıqlı təsiridi:aktivasiya həm də insanın onun yaranması səbəbinə əsasən situasiya təhlili sayəsində,hansındakı emosiya yaranır, oyanmasının tamamlanmasıdı.
Belə ki,Şexterevin hipotezini yoxlanılması bütün hallarda onu təsdiqləmir.Məsələn, emosianal vəziyyətin neytral fakrotlara əsasən səbəblərini sadalayarkən bütün hallarda o təssüratın intensivliyinin azalmasına gətirib çıxartmırdı.Bu eksperimentlərin mənfi tərəfi ondadı ki,üzdə görünən həyacanın əldə olunması və eləcə də stress vəziyyətdə olmalıdı.Sözü gedən metod klinikada da işlənilməmişdi.X.Levental və A.Tomarken göstərirlər ki,qeyd edilmiş fenomen ancaq yeni şərtlərdə və neqativ effektin orta səviyyəsində əmələ gəlir.
M.Arnold - R.Lazarusanın emosiyaların idrak nəzəriyyəsi.
S.Şexterevin baxışına əks olaraq M.Arnold və R.Lazarusanın nəzəriyyəsi yaranır.M.Arnoldda emosiyalar idrak determinantı keyfiyyətində obyektin intuitiv qiyməti kimi çıxış edir.Emosiya-fəaliyyət kimi bu qiymətin ardinca gəlir. “İlk öncə mən heçnə görmürəm, sonra mən təsəvvür edirəm ki bu “heçnə”təhlükəlidi,və mən bunu təsəvvür edən kimi qorxuram və qaçıram”. Beləliklə,Arnolda görə biz qorxuruq ona görə ki,guya bizi kimse hədələyir.O, hesab edir ki,insan vasitəsiz olaraq intuitiv nəticəyə gələn kimi bu və ya digər predmeti mənimsəyir və o dəqiqə həmin predmetin cəlbediciliyi ilə duyğulanır.İnsan intiuitiv olaraq hiss edəndə ki,onu nəsə təhlükə gözləyir, o dəqiqə hiss edir ki,onda nifrət oyadıcı xarakter yaranır və o bundan qaçmalıdı.Yaranmış tendesiyaya uyğun hərəkət edərək gələcək müxtəlif bədən(cismani) dəyişikliklərdə əks olunur və emosiya kimi təəssürat yaradır.Arnolda görə,qiymət (fikir,rəy) anilik, bilavasitə, qəsdən edilməmə ilə xarakterizə olunur.Bu intuitiv qiymət müəllif tərəfindən “refloktor mühakimə”dən fərqli olaraq “duyulan(ehtieraslı) mühakimə”kimi qəbul olunur.
R.Lazarusanın konsepsiyasında mərkəzi yeri yenə emosiyanın idrak determinantları tutur.O,hesab edir ki,koqnitiv vasitə ilə ifadə olunma emosiyanın yaranması üçün vacibdi.Amma o M.Arnoldu “qiymət”subyektiv və faktlarla əlaqələnməməsi fikrinə görə tənqid edir.Bundan əlavə Lazarus Arnoldla qiymətin emosianal xarakterinə görə təsdiq olunması fikri ilə razılaşmır.
Lazarusun konsepsiyasında 2 əsas tezis var:
-hər bir emosianal reaksiya onun məzmunundan asılı deyil,qiymət(fikir,rəy) və ya biliyin xüsusi növ funksiyası var.
-Emosianal cavab nəsə bir sindromu,komponentlərdən hər birini hansı ki,ümumi reaksiyada hər hansısa bir vacib anı əks etdirir təşkil edir.
Lazarusun konsepsiyasının mərkəzi ideyasiını “hədə”təşkil edir.Əslində Lazarus affektiv reaksiyalara təkcə təəssürat kimi baxmır,onun üçün emosiya birinci və xüsusilə əsas işinə görə sindromdur,hansı ki,özündə 3 əsas simpton qrupunu təskil edir:
1.subyektiv təəssürat
2.fizioloji dəyişiklik
3.hərəkət reaksiyaları
Necə ki,bəzi stimullar hədələyici kimi qiymətləndirilir,həmən dəqiqə burda fəaliyyət prosesinə-ziyanın qurulma və ya azalma yönəlişliyinə,hədənin öhdəsindən gəlməsinə səbəb olur.Hədənin mövcudluğu və onun qurulması haqqında tendensiya müxtəlif emosianal reaksiya simptonlarında əks olunur. Beləliklə,emosiyanın yaranma sxemi aşagıdakı kimidir:
Qavrayış – ibtidai(ilkin)qiymət(fikir,rəy) – müəyyən edilmiş fəallıq – (qiymətləndiriliən situasiya da fəaliyyətin bilavasıtə məğzi) – ikinci qiymət – fəaliyyət tendensiyası – emosiyanın fizioloji dəyişiklik və müxtəlif reaksiyalarda,təəssürat tendensiylarında yaranması.
Lazarusa görə,hər bir ayrı-ayrı emosiya bir-birilə müxtəlif özünəməxsus qiymətlə bağlıdır. İ.A.Vasileyivic Lazarusun konsepsiyasını detalları ilə tənqid edir. Bu konsepsiyanı emosiyaya və fəaliyyətə,emosianal sferaya və davranışa yaxinlaşmanın bir addımında o mülahizələri ayırır. Bunlar aşağıdakılardı:
1.Emosiya təkcə idrak fəaliyyətinin sonunda onun yekunu kimi əmələ gəlmir,idrak fəaliyyəti gedişində onun uğurluluğuna səbəb olur.Lazarus bunu nəzərə almır.
2.“Qiymət”in iki mənası var.Onlardan birində emosiya özü qiymətləndirmə funksiyasını yerinə yetirir(emosianal qiymət).Lazarus öz qiymətlə bağlı fikrini psixologiyada mövcud olanla uyğunlaşdırmır,onun izahında qeyri-müəyyənlik yaradır.
3.Lazarus emosiyanın yaranmasının qiymətdən asılılığını sübuta yetirir,eksperimentlərdə ibtidai idrak fəaliyyətini istifadə edir.Bu səbəbdən də qiymət prosesisinin həqiqiliyi müəllifin hipotetik konsepsiyasında qalır.
4.Lazarus motivasiyanı yalnız meyllə(məqsəd ,arzu) eyniləşdirir.bu anlayışı məhdudlaşdıraraq emosiyanın motivasyon nəzəriyyəsi tamlıqda tənqid etmir.
5.Əgər emosiya qiymət prosesinin son mərhələsidirsə onda onun nəyə lazım olmasına izah gərəksizdi.
Nəhayət,çətin ki,emosiyanın yaranmasını yalnız idrak fəaliyyətilə bağlamaq olar.
Emosiyanın koqnitiv nəzəriyyələrində birində(Ortony et al.,1988) iddia edilir ki,ancaq verbal faktorlar (dil,özü haqqında hesabat) emosianal yaşantının çağrılma mexanizminə münasibəti var.Bununla yanaşı emosiyanın fizioloji və davranış kimi yaranması bu təzahürün müşayəti və ya davamı kimi yalnız qeyd olunur.N.Friyda görə neyrofizioloji mexanizm emosiya yarada bilmir,o ancaq onun üçün şərt yaranır.K.İzard qeyd edir ki,informasiyaların işlənilməsi prosesi insanın düşüncəsi təkcə nəzarət edilə bilən deyil və avtomatikdi.Əgər bu belədisə yaranan emosiya bir neçə informasion proseslər koqnitiv olmaya da bilər.
Koqnitiv nəzəriyyə emosiyanın şərtsiz-refloktor mövcudluğunu nəzərə almır.Stimulun bioloji mahiyyəti müxtəlif emosianal təəssüratların yaranma mənbəyidir.Hər halda,bütün təəssüratlar duyğuların emosianal çalarları ilə baglı özü-özünə koqnitiv proseslersiz emosianal reaksiayalar yaradır.Çox emosiyalar baş beyin qabığının iştirakını və dərk edilmiş informasiyaların yenidən işlənməsi prosesini tələb etmir.C.Ledoks göstərir ki,talamus və badam qabığı strukturlarının görmə və eşitmə qabığı reaksiyalarının qorxu kəsilməsi nəticəsində yaranır.Beləliklə,biz tez-tez duyğulanırıq,duyğu yaşayırıq və sonradan dərk edirik ki,biz nə yaşamışıq.Nəticə etibarilə emosiyanın yaranması təkcə koqnitiv nəzəriyyədə olduğu kimiolmaya bilər:
Koqnitiv proses(əlavə yazı) – emosiya
Ancaq belə:
Duyğu – emosianal reaksiya – koqnitiv reaksiya – emosianal reaksiyanın güclənməsi.
N.N.Danilovun qeyd etdiyi kimi,koqnitiv,qiymətləndirilmiş əməliyyat,hansı ki,emosiyalara təsir edir beyində realizə olunur,hansı ki,artıq emosianallaşıb və affektiv-neytrallaşmır.O hesab edir ki,emosiyaların xalis koqnitiv determinantları ümumiyyətlə mövcud deyil.Emosiya -əhəmiyyətli stimul- bu yeganə affektiv- koqnitiv prosesdi.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 967
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri