Stressdən tez vaxtda xilas olmaq üçün nə etməliyik?

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 3 301
Səs ver:
(səs: 1)
Stress yaşadığımız zaman əhval-ruhiyyəmiz getdikcə enməyə doğru gedir.Stress- “sevincin əsl düşmənidir”! Onunla necə mübarizə aparmaq olar?Ən effektiv antistress metodları aşağıdakılardır:
1-5 dəqiqəniz var?
Əgər siz məhz indi ruhdan düşüb, kədərlənirsinizsə aşağıda sadalanan metodlardan istifadə etməklə əhval-ruhiyyənizi bərpa edə bilərsiniz.
Şokalad yeyin.O ağızda yavaş-yavaş əriyərkən orqanizmdə rahatlıq yaranır: məmnunluq hiss yardan serotoninin; fiziki və ürək ağrısını sakitləşdirən endorfinin; sevincin təbii mənbəyi- enkefalinin,yüngül eyforiya keçirməyə təsir edən-anandamidanın səviyyəsi artır.Məncə gün ərzində hər birimiz 25 qram özümüzə bunu etməyə icazə verə bilərik.
Xoşbəxtliyi 1-2-3 sayında təqlid edin.1-ci başınızı qaldırın.2-ci çiyinlərinizi düzəldin. 3-cü gülümsəyin: dodaqlarınızın kənarlarını yuxarı qaldırın, yüngülcə gözlərinizi qıyın.Eyni zamanda həyatınızın ən xoş anının detallarını(əhəmiyyətli olsa belə) xatırlamağa çalışın. Bu zaman təkcə hadisənin özünü deyil, onu müşayət edən ətir, taktil duyğular, rəng və s. xatırlamağa çalışın.Bir neçə saniyədən sonr sünii yaradılmış sevinc həqiqi sevinclə əvəzlənəcək.
Xoşagəlməz məsuliyyətlərdən qaçın.Məktuba cavab verin, diş həkiminin qəbulu üçün qeydiyyatdan keçin. “60 dəqiqə qaydası”na istinad edin: bugünün işini heç vaxt sabah saxlamayın. İşləri gördükcə qeydiyyat dəftərçənizdə üstündən xətt çəkin.Bunu etdikcə o qədər rahatlanacaqsınız ki, özünüzdə təəccüblənəcəksiniz ki bunu əvvəllər niyə etməməmisiniz.
Pəncərəni açın.Təbii ki, ekologiya və hava buna imkan verirsə.Bu kiçik səy böyük nəticələr verir. Aləm sanki tam açılmış olur!

10-15 dəqiqəniz var?
Enerjini “aldatmaq”: ayağa qalxıb tədricən addımları sürətləndirərək harasa gedin. Telefonla danışaraq dəhliz boyu gəzin.Ən yaxşısı isə təmiz havada gəzməkdir.Bu üsul nəzərə çarpacaq dərəcədə, hətta pis havada belə,əhval-ruhiyyəni qaldırmağa səbəb olur.
Xeyirxah iş görməyə çalışın.Qiyabi də olsa bir-birinə ehtiyacı olan iki insanları tanış edin.Tanış, faydalı informasiyaya qulaq asın.İşindən bir dəqiqə olsa belə ayrıla bilməyən kolleqalarınıza kofe, şirniyyat gətirin.İstənilən xoş təsir bağışlayan işlər görməyə çalışın. Ətrafınızdakılara mehribancasına yanaşın.Bu zaman ətrafdakıların sizə münasibətinin dəyişdiyini görəcəksiniz.
Musiqi dinləyin.Sevimli mahnının artıq ilk sədalarını eşidən zaman əksəriyyət insanların əhval-ruhiyyəsi nəzərə çarpacaq dərəcədə yaxşılaşacaq.Bundan əlavə musiqi stressi demək olar ki, fiziki məşq qədər effektiv təsir edir.Müvafiq reaksiya sevimli kitabın oxunması zamanı da müşahidə olunur.Bunu eksperimental olaraq Virdjin universitetinin professoru Maykl Kubok sübut etmişdir.O, həm də musiqi və əsər oxumaya “fikri həzzin”kateqoriyası marağın təmin olunması kimi də yanaşır.
Otağı sevdiyiniz ətirlə ətirləndirin. Həmişə ehtiyatda ətirli çubuq, şam və ya efir yağı –bir sözlə sizə xoş təsir bağışlaya biləcək hər bir şeyi saxlayın.Elə bir gün yoxduki o həmin günü bəzəməsin.Kişilər nadir hallarda bu üsuldan istifadə edirlər, ancaq bu o demək deyil ki, onlar belə şeylərə qarşı qeyri-həssasdırlar.Mütəxəsislərin artıq qeyd etdikləri kimi ətirterapiyada tez-tez qızılgül, lavanda, ətirşah, jasmin ətirlərindən istifadə edirlər.
Duş qəbul edin.Ümumiyyətlə su demək olar ki, hər bir şeyə xeyirdir: stress və pis əhval ruhiyyəni bərpa edir, müsbət ionalarla dolu atmosfer yaradır, hər bir şeyi müsbətə doğru yönəldir.

30 dəqiqəniz var?
Təcrübəli üsulla hansı hərəkətin stresslə mübarizədə daha effektli təsir etdiyini müəyyən edin.
Ətrafınızda olanları təmizləyin:kağızları ayırın, zibilləri atın, lazımı əşyaları yerinə qoyun, döşəməni təmizləyin... Təmizlik xoşbəxtlik genlərinin aktivləşməsinə səbəb olur – bu elmi faktdır! Bizim şüuraltımızda təmizliyin aparılması sevincli təzələmə və xoşagələn dəyişikliklə bağlıdır.Bu mənfi emosiyaların ev və ya iş yerində xoşbəxtliyə köçürlüməsinin ən yaxşı üsuludur.
Gələcək xoşbəxtlilərin bünövrəsini qurmağa çalışın.Ola bilsin ki, bu dəqiqə siz əylənmək əhval-ruhiyyəsində deyilsiniz.Ancaq vaxt ayırıb dostlarınızın tövsiyə etdiyi kitab, musiqi və ya kino diskləri sifariş verin, gələcək həftə sonu üçün ekskursiya siyahısına və ya yaxınlıqdakı kinoteatrların repertaurlarına baxın, məzuniyyətdə istirahət etmək üçün getmək istədiyiniz yerləri seçin.Yay səyahətinizi bütün təfərrüvatı ilə qurmağa çalışın.İstənilən plan qurun. Əvvəlcədən məmnunluq hissi kecirməyə çalışın.
Otaq bitkilərinə xoşbəxtlik bəxş edin.Onları sulayın, saralmış yarpaqlarını təmizləyin. Zümrüdü rəngli yaşıl bitki insanın əhval –ruhiyyəsini yaxşılaşdırır.
Komputerinizin ekranında ən sevimli, sizə xoş gələn şəkil yerləşdirin.Bu şəkli seçmənin özü insana müsbət hisslər bəxş edir.
Özünüzdən uzaqlaşmağa çalışın.Yaxınlarınızdan, kolleqalarınızdan,qonşularınızdan onları işi haqqında soruşun.Bununla siz təkcə öz kədərinizi unutmursunuz, eləcə də bir sıra maraqlı və faydalı informasiya əldə etmiş olursunuz.

60 dəqiqəniz var?
“Antistress” proqramına bir saat vaxt ayırın.Qayğı və həyəcan sevinc və rahatlıq hissi ilə əvəzlənsin.
Dostlarınıza müraciət edin Əgər mümkündüsə nahar fasiləsi və ya axşam işdən çıxdıqdan sonra görüş təyin edin.Heç olmasa çoxdan danışmadığınız kiməsə zəng edin.Maraqlısı budur ki, ünsiyyət həm ekstravertlərdə, həm də introvertlərdə əhval-ruhiyyəni qaldırır.
Gecələri qısaldın.Elə günlər olur ki, ruh düşkünlüyü keçirirsiniz, hətta xroniki hal alır.Belə hallarda ən yaxşısı,pəncərələri pərdələmək, divar şamdanların yandırmaq, yatağa tez uzanıb sevimli kitab və ya jurnal oxumağa başlamaqdır.
Dadlı bir şeylər hazırlayın. Yemək bişirmək – insanı rahatlandıran üsullardan biridir.Sizin aşbazlıq yaradıcılığınız əhval –ruhiyyənizi qaldırmağa yardımçı olacaq. Və ya əksinə edin: nahar yeməyinizi bir saat sonra yeyin, elə edin ki, acasınız. Aclıq hissinə cavabdeh olan qrelin hormonu qanda stress hormonu - adrenalinin səviyyəsinə nəzarət edir. Biz ac olanda qrelinin səviyyəsi artır və o antidepressant kimi çıxış edir.Beləcə biz özümüzü xoşbəxt hiss edirik.
“Xoşbəxtlik məktubu” tərtib edin.Kimə? özünüzə.Özünüz özünüzə 300 xoş söz yazın. Xüsusilə də necə bacarıqlı olduğunuzu, özünüzün necə fərqləndiyinizi qeyd edin. Belə davranış həm bizi xoşbəxt edir, həm də stresə davamlı olursunuz!
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 301
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri