Nə qədər tənhasınız? - Psixoloji Test

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 3 951
Səs ver:
(səs: 0)
Sizə təsdiqi məzmunda cümlələr təklif olunur. Həyatınızda yaşadığınız məqamlara uyğun olan variant cavabları verilir: “tez-tez”, “hərdən”, “nadir hallarda”, “heç vaxt”. Seçdiyiniz variantı “+” işarsəi ilə qeyd edin.

1. Mən təklikdə bir çox şeylərlə məşğul olduqda özümü bədbəxt hiss edirəm.

2. Mənimlə söhbət etməyə heç kim yoxdur.

3. Mənə təklik dözülməzdir.

4. Ünsiyyətə ehtiyacım var.

5. Hiss edirəm ki, heç kim məni başa düşmür.

6. Mən özümü ümidvar edirəm ki, mənə zəng edəcək və yaxud yazacaqlar.

7. Elə bir adam yoxdur ki, mən ona müraciət edəm.

8. Mən indi heç kimlə yaxın deyiləm.

9. Əhatəmdə olan insanlar mənim maraqlarımı və fikirlərimi bölüşdürmürlər.

10. Mən özümü yalqız hiss edirəm.

11. Mən əhatəmdə olanlarla bölüşməyə qadir deyiləm.

12. Mən özümü tamami ilə tənha hiss edirəm.

13. Mənim sosial münasibətlərim və əlaqələrim yaxşıdır.

14. Mən kompaniya həvəskarıyam.

15. Həyatda heç kim mənə bələd deyil.

16. Mən özümü başqalarından təcrid olunmuş hiss edirəm.

17. Mən təcrid olunmuş halda özümü bədbəxt hiss edirəm.

18. Mənə dost tapmaq çətindir.

19. Mən özümü kənarlaşmış və təcrid olunmuş kimi hiss edirəm.

20. İnsanlar mənim ətrafımdadırlar, ancaq mənimlə deyillər.

Nəticlərin təhlili

Hər varianta verilən xalları hesablayın. “Tez- tez ” variantının ümumi cavabı 3, “hərdən” -2, “nadir hallarda”- 1, “heç vaxt ”-0 vurulur. Alınan nəticələr toplanılır. Tənhalığın maksimal göstəricisi -60 xaldır. Toplanan xalların cəmi bunları deyir:

Tənhalığın yüksək səviyyəsi – 40-dan 60 xala qədər

Tənhalığın orta səviyyəsi -20-dən - 40 xala qədər

Tənhalığın aşağı səviyyəsi - 0-dan -20 xala qədər
azvision.az
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 951
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri