Psixologiya elmi

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 3 889
Səs ver:
(səs: 0)
Psixologiya elmi qədim tarixə malikdir.Psixoloji anlayışlar ilk dəfə sistem şəklində Aristotelin “Ruh haqqında “traktatında şərh olunmuşdur. Traktatın psixologiya deyil ,”Ruh haqqında”adlandırılması təsadüfi deyil. 19-cu əsrin sonlarına qədər psixologiya elmi fəlsəfəyə, ilahiyyata aid edilmişdir. Avropa ədəbiyyatında bəzən onu mental (“mental”-latın sözü olub, psixi olan deməkdir) fəlsəfə, ruhiyyat, pnevmatologiya (pnevma-yunan sözü olub, nəfəs, ruh deməkdir) adlandırmışlar. Azərbaycanda isə psixologiya termini 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində rus psixoloqlarının əsərləri vasitəsilə işlənməyə baslanmışdır.

Psixologiya termini iki yunan sözündən “psyuxe”-ruh, ruhi aləm, “loqos”-bilik, elm sözlərindən əmələ gəlmişdir, “psixika haqqında elm” deməkdir.
İnsanı 200-dən artıq elm sahəsi öyrənir. Bu elmlərdən biri də psixologiyadır. Psixologiya elminin bu elmlərdən fərqi nədən ibarətdir? Bu sualı aydınlaşdırmaq üçün bu elmin obyektini və predmetini (mövzusunu) aydınlaşdırmaq lazımdır.
Elmin obyekti dedikdə, onun tədqiq etdiyi real gerçəklik nəzərdə tutulur. Bu baxımdan insanları və heyvanları öyrənən bütün elmlərin obyekti eynidir. Elmlər bir-birindən predmetlərinə görə fərqlənir.
Elmin predmeti dedikdə, onun öz obyektindən ayırd etdiyi, seçdiyi cəhətlərə hansı baxımdan, hansı nəzəri və ya praktik aspektdə yanaşması nəzərdə tutulur.
İnsanın psixoloji keyfiyyətlərinin məcmusu onu digər insanlardan fərqləndirir, onun fəaliyyətini təşkil edir. Psixologiya elmi insanların fərdi-psixoloji xüsusiyyətlərini və şəxsi keyfiyyətlərinin təşəkkülü və dəyişməsini öyrənir.
Əvvəldə də qeyd olunduğu kimi psixologiya psixika haqqında elmdir.

psixika-psixologiyaPSİXİKA NƏDİR?
Psixika obyektiv aləmin subyektiv inikasıdır (surətidir).
Bunu sadə bir misalla aydınlaşdıraq.Tutaq ki, bir insan saçını düzəltmək üçün güzgüyə baxmalıdır. Güzgü qarşısında dayananda güzgüdə onun əksi alınır. Bu, mexaniki inikasdır, lakin buna baxmayaraq inikas üçün səciyyəvi olan ən ümumi xüsusiyyətlər bu misalda aydın görünür.
1.Əgər insan olmasaydı onun güzgü qarşısında əksi alınardımı? Əks olunan, yəni insan-birincidir, əks edən, yəni güzgüdəki şəkil-ikincidir.
2.Əks edənlə əks olunan arasında səbəb asılılığı mövcuddur. Məsələn, insan sağa dönəndə şəkil də dəyişir.
3. Güzgüdəki şəkil həmin insana oxşayırmı? Bəli, oxşayır. Bu, o deməkdir ki, əks edənlə əks olunan arasında oxşarlıq mövcuddur. Onlardan biri digərinin surətidir, şəklidir, obrazıdır.
Görəsən, obyektiv aləm insanın da beynində güzgüdə olduğu kimi əks olunurmu? Nəzərdən keçirdiyimiz xüsusiyyətlər inikasın bütün formaları üçün səciyyəvidir. Lakin cansız təbiətdə, bitkilər aləmində, heyvanlarda və nəhayət, insanlarda inikas keyfiyyətcə müxtəlif formalarda özünü göstərir.
Cansız təbiətdə inikas passiv xarakter daşıyır; cansız aləmdə bir cismin təsiri ilə o biri cisimdə yaranan dəyişikliklərdən cisimlər özləri istifadə etmirlər. Canlı aləmdə isə onlardan artıq özünü hifzetmə, özünü tənzimetmə məqsədilə istifadə olunur. Sinir sisteminin yaranması və inkişafı ilə birlikdə sözün əsl mənasında psixi inikas əmələ gəlməyə və inkişaf ətməyə, orqanizmin ətraf mühitə bələdləşməsində və öz davranışını tənzim etməsində mühüm rol oynamağa başlayır.
Yəni psixika xüsusi surətdə təşəkkül etmiş materiyanın xassəsidir. Materiyanın mahiyyəti deyil, xassəsidir. Həm də hər cür materiyanın yox, xüsusi surətdə təşkil olunmuş, yəni üzvi materiyanın-beynin xassəsidir.
Deməli, beynin funksiyası olmaq etibarilə psixika inikasın xüsusi forması kimi meydana çıxır.

Mənbə: “Psixologiya” Ə.Bayramov, Ə.Əlizadə
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 889
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri