Doğulduğumuz fəslin xasiyyətimizə təsiri

Müəllif: YalniZ-ArZu
Şərhlər: 9
Baxılıb: 3 953
Səs ver:
(səs: 2)
Bir araşdırmaya görə, doğulduğunuz mövsüm, ruhi pozuntuları inkişaf etdirmə riskinizə təsir edir. İlin müəyyən vaxtlarında doğulanlar müəyyən həssas meyillərə yatqın olurlar və bu da qarşıda duyğusal pozuqluqlara yol aça bilir. Doğulduğunuz mövsüm, ümumi olaraq məsələn yeniliyə maraqlı olmaq kimi, bəzi şəxsi xususiyyətlə bağlanmış və astroloji kimi maraq oyadan boş inanclarla bu xususiyyətlər açıqlanmağa çalışılmışdır. İndi isə bir qrup macar tədqiqatçısı, Berlində toplanan Avropa Nevropsixofarmakoloji konqresində etdikləri bir təqdimatda doğum mövsümüylə insanların ruhi vəziyyətini əlaqələndirdilər.

Təcrübəyə rəhbərlik edən Xenia Gonda “ biyokimya təcrübələri, doğulduğunuz mövsümün dopamin və seratonin kimi bəzi tək aminli siqnal ötürücü (monoamin nerotransmitter) üzərində təsirli olduğu, bu təsirlərin yetişkinlik dövründə belə fərq edilə bildiyini göstərir” deyir. Belə ki, doğum mövsümünün təsirlərinin uzun müddətli ola biləcəyi düşüncəsindən yola çıxan araşdırmacılar, 400 adamla apardıqları təcrübədə doğum mövsümləri ilə yetişkin həyatlarındakı ruhi vəziyyətlərini əlaqələndirmişlər.

Qrupun əldə etdiyi nəticələr bunlardır: Cyclothymic ruh halı (bipolar şəxsiyyət pozuqluğu kimi qeyri-adi olmasa da, sevincli və kədərli hisslər arasında gedib-gəlmə) yayda doğulanlarda, qışda doğulanlarla müqayisədə nəzərə çarpan dərəcədə daha yüksəkdir.

Hipertaymik ruh halı (həddən çox pozitiv olmaq) yazda və yayda doğulanlarda diqqət çəkən ölçüdə daha yüksəkdir. Qışda doğulanlar, digər mövsümdə doğulanlarla müqayisədə daha az bəd xasiyyətlilik göstərirlər. Payızda doğulanlar, qışda doğulanlarla müqayisədə daha az depressiv ruh halı sərgiləyirlər.
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 3 953
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri