Yuxuya gedərkən anidən gələn yıxılma hissinə SƏBƏB

Müəllif: Melek5
Şərhlər: 8
Baxılıb: 3 880
Səs ver:
(səs: 3)
Tam yuxuya dalan an, birdən yıxılma hissinə qapılıb diksinməyimizi çox görmüşük. Olduqca geniş yayılan bu hissə, beyindəki iki bölgənin nəzarət qarşıdurması səbəb olur.
Yuxunun hissəsi kimi qəbul ediriksə, boşluğa düşmüş hissi yaranır: buna hipnik qıcolma deyilir. Bu beynimiz yuxuya görə ətrafla əlaqəsini kəsərkən ortaya çıxan bir qarşıdurmanın nəticəsidir.

Yuxuda vücudumuz iflic olmuş kimidir və ətraf dünyadakı hadisələrə laqeyd hala düşür. Ancaq, əzələ nəzarətimiz, belə deyil.
Beynimizdəki retikulyar aktivasiya sistemi adlı bölgə, nəfəsalma kimi əsas funksiyaları idarə edir və bizə sayıq qalma duyğusunu hiss etdirir. Digər tərəfdən, görmə ilə bağlı ventrolateral preoptik nüvə (optik sinirin önündəki bölgə) isə, yorğunluğu qaydasına salır.
Yuxuya dalma əsnasında, retikulyar aktivasiya sistemi, bədənimizin idarəsini əldən buraxdığı halda, ventrolateral nüvə, nəzarəti ələ keçirir. Bu, yavaşca qısılan bir lampa düyməsi kimidir, amma hər zaman mükəmməl işləməyə bilər. Oyaqlığı təmin edən enerji qalıqları anidən yüksəldikdə, iflic hərəkətləri müşahidə olunur.
Lakin, bunun səbəbi tam olaraq aydın deyil. Sürətli göz hərəkətlərinin əksinə, bu iflic hərəkətlərinin yuxu görən beyinlə heç bir əlaqəsi yoxdur. Həm də günün son qalıqları kimidir.
‘Partlayan baş sindromu’ adı verilən və insanın başının içində bomba partlayırmış kimi səslərin eşidilməsinə səbəb olan qəribə narahatçılıqda da, oxşar əlamətlər gözə çarpır.
Beyinin oyaq və yuxuya keçən qismi arasında bir idarəetmə qarşıdurması var və bu şimşək çaxması kimi işiqlar görməyə və yüksək səsli partlamalar eşitməyə səbəb olur. Bəzi hallarda isə bu, yuxusuzluğa və hətta, bədənin bilinməz güclər tərəfindən ələ keçirilməsi iddialarına da əsas yaradır. Lakin, ümumi olaraq, burada narahatçılığa əsas yoxdur. Yuxuya dalma anında yaranan qəribə bir qarşıdurmadan ibarətdir.
Daha əvvəllər mövzu haqqında yazan psixoloq Tom Stafford-a görə: "Yuxulu halda etdiyimiz hər iki hərəkət növü arasında, xoş bir simmetriya mövcuddur. Sürətli göz hərəkətləri, oyanmaqda olan dünyada görülə biləcək röya qalıqlarıdır. Hipnik qıcolamlar isə, röya dünyasına icazəsiz girən oyanıq yaşam qalıqları kimidir.
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 3 880
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri