"Neqativ" düşüncələrdən xilas olmağın 15 yolu

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 3 303
Səs ver:
(səs: 0)
İndi elə bir zamanədə yaşayırıq ki, hər şey canımızı sıxa, əhvalımızı korlaya və hətta əsl dərdimiz ola bilər. Bu xəbərimdə neqtiv fikirlərdən qurtulmağın yollarını yazacağam. Ümd edirəm ki, faydam dəyər.

Bədənimiz də fikirlərimizə təsir edir. Məsələn bikef əyləşsək hər keçən dəqiqə zərərimizə olacaq.

Yox dik əyləşib daha həvəslə gözləsək, əhvalımız da yüksək olacaq.

Sizi narahat edən hər hansı məsələni saatlarla düşünməkdənsə, dostlarla paylaşıb həll yolunu axtarmağa çalışın.

Həyata eyni baxış bucağından baxmayın. Bəzən daha açıq havaya, daha geniş pəncərəyə ehtiyac olur.

Nə olursa olsun, boş dayanmayın. Özünüzü məşğul edəcək hər nə isə tapın. Kitab oxumaq, dil öyrənmək, film izləmək və s.

"İdman sağlamlıqdır" adət etdiyiniz fikri deməyəcəm.

Əvəzində idmanla məşğul olun ki, bədəniniz yorulsun və heç bir problemi düşünməyə gücünüz qalmasın.

Əldə etdiklərinizə şükr edib, qədrini bilin. Məhz bu fikir bütün dərdləri yox edər.

Problemlərini hər gün sizə yükləyənlərdən uza durun.

Siz də insansınız v ə daim mənfi fikirli insanlarla ünsiyyətdə olsanız, həyatınızdan zövq ala bilməzsiniz.

Beyin hər bir işin gedişinə təsir edir. Yaxşı düşünün ki, yaxşı olsun.

Beyninizi başqalarının dərdləri ilə yükləməyin. Öz dərdiniz özünüzə yetər.

Əgər fikirləriniz sizi kədərləndirmirsə, demək neqativ deyillər. Bu fikirlərdən yeni ideya doğula bilər.

Dərdlərinizə görə kimsəni və ya "Dünyanı", "zamanı", "həyatı" günahkar bilməyin.

Bütün təqsir sizin özünüzdədir və bundan xilas yolunu da yalnız və yalnız siz bilirsiniz.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 303
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri