Pozitivə aparan 3 addım

Müəllif: Son Bahar
Şərhlər: 4
Baxılıb: 2021
Səs ver:
(səs: 0)
Əsl kişi optimist olmalıdır. Bu şəxsi həyatda, karyerada kömək edir və uzun, xoşbəxt yaşam bəxş edir.
Maraqlıdır ki, optimistlər pessimistlərdən daha dəqiq vəziyyəti analiz edə bilirlər. Pozitiv insanların çoxlu dostları var, onların karyerası daha tez inkişaf edir, romantik münasibətləri isə daha davamlı olur.
Düz getməyən işlər olarsa, optimist çıxış yolunu daha tez tapır. Ən əsası isə neqativ fikirləri optimist fikirlər ilə əvəz etmək çətin deyil. Bunu necə etmək barəsində aşağıda qeyd edilib.

Özünüzə optimist olmağa icazə verin

İlk addım – pozitiv düşünməyə başlayın. Bir çox insan üçün bu ən çətin addımdır. Siz özünüzü əmin etməlisiniz ki, optimistlər axmaq və gülməli görsənmirlər. Özünüzü pozitiv fikirlər ilə sınayın.

Pessimist fikirlərin üç kateqoriyasını dərk edin

İkinci addım – bu sizin beyninizdə nə baş verdiyinin dərk edilməsidir. Pessimistlər aydın və dəqiq düşünmədikləri üçün, emosional və zəka səhvləri problemlər yaratmağa başlayır. Bəzi alimlər hesab edirlər ki, bizim beynimizdə gün ərzində 50.000 fikir yaranır ki, onların yarısı neqativ olur. Pessimist fikirlərin 3 kateqoriyası mövcuddur: şəxsi, ümumi, permanent.
Ümumi neqativ qlobal ədalətsizlik suallarını yaradır: “Bütün həkimlər axmaqdır” və ya “Sən məni heç bir zaman eşitmirsən”. Permanent neqativ daimi problemlərə yönəlir: “Bu heç bir zaman bitməyəcək” və ya “Bunu düzəltmək mümkün deyil”. Şəxsi neqativ dünyanın yalnız sizə qarşı olduğu düşüncəsini yaradır: “Mən buna layiq idim” və ya “Mən bacarıqsızam”. Bu fikirlərdən azad olmaq üçün, onları dərk etmək və onlardan qurtulmaq lazımdır.

Neqativ fikirlərə qarşı çıxın

Üçüncü addım – biraz enerji sərf edib bu fikirlərdən azad olmaqdır. Bütün həkimlərdən gileylənməkdənsə, daha uyğun həkimi tapmadığınızı düşünün. Özünüzü bacarıqsız hesab etmək əvəzinə, gələn səfər alınacağını düşünün.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2021
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri