İnternetdən asılılıq

Müəllif: arzum-aysum
Şərhlər: 1
Baxılıb: 2 576
Səs ver:
(səs: 1)
İnternet-asılılıq - psixi pozuntu, daima İnternetə bağlanmaq arzusu və vaxtında İnternetdən çıxmanın istifadəçi üçün çox çətin olmasıdır.

Müasir dövrdə internet-asılılıq çox geniş müzakirələrə səbəb olsa da, onun statusu hələlik qeyri-resmidir. Belə ki, internet-asılılıq bir xəstəlik kimi psixi xəstəliklər təsnifatına (DSM-IV) daxil edilməmişdir.
İnternet-asılılığın 5 tipi mövcuddur:

1. Oyun asılılığı
- obsessiv (təkrarlanan) onlayn kompüter oyunları oynamaq cəhdidir.

2. Virtual tanışlıqlar və ünsiyyət - müxtəlif sosial şəbəkələrdən asılılıqdır, virtual dünyada ünsiyyətlər.

3. Təkrarlanan veb-sörfinq - İnternet saytlara səyahətdir, bir linkdən (sürgündən) başqasına məqsədsiz keçid.

4. Kiberseksual asılılıq - pornosaytlara daimi baş çəkmə və virtual sekslə məşğuliyyətə cəhddir.

5. Maliyyə asılılığı - internet mağazaları vasitəsilə lazımsız alış-veriş etmək ehtiyacıdır.

İnternet asılılığının psixoloji xüsusiyyətləri:

- elektron poçtun tez-tez yoxlaması;

- vaxtın hiss edilməməsi, nə vaxt ki, insan kompüter arxasındadır;

- real həyatdaki ünsiyyətlə müqayisədə on-line ünsiyyətinə üstünlüyün verilməsi;

- şəbəkədə uzun müddət qalmağa görə ailənin və dostların şikayətləri;

- kompüter seansını sərbəst bitirməyin mümkünsüzlüyü;

- qeyri-müntəzəm qidalanma, kompüter monitorun qarşısında yemək;

- yorğunluğun yaranması, qıcıqlanmalar, əhval-ruhiyyənin azalması

- internet-asılılığın mövcudluğunun inkarı

İnternet-asılılıq yalnız insanın psixikasına pis tesir etmir, onun ictimai durumu, həmçinin fiziki sağlamlığı pozulur: komputer arxasında daimi oturmağına görə, doyunca yatmamaq, orqanizmin tükənməsi, qeyri-müntəzəm qidalanma – xroniki yorğunluğa səbəb olur. Oturaq həyat tərzi dayaq-hərəki aparatının xəstəliklərinə, gözlərin həddindən artıq yüklənməsi görmənin pisləşməsinə səbəb olur.

İnternet-asılılığının nəticələri:
- sosial statusun itməsi

- ailədə daimi münaqişələr

- əhəmiyyətli pul borcları

DİQQƏT! İnternet-asıllılıq şəxsiyyətin pozulmasına aparır.

Bəli, bu gün hər birimizin İnternetdən istifadə etməyi zəruridir, lakin düzgün istifadə etməliyik. Buna görə də, internetin müsbət və mənfi tərəflərini bilməliyik.

D. Mendeleyevin gözəl bir kəlamı var: “Həyatda ziyanlı heç bir şey yoxdur, ziyanlı həcm var”.

İnternetdən asılı vəziyyətə düşənlərin əksəriyyətinin yeniyetmə və gənclər olduğuna görə valideynlər daha diqqətli olmalı və düzgün münasibət göstərməlidirlər.

Valideyn nə etməli ?
- Uşağın hər bir stressli, agressiv, qəyri-normal davranışına sakit agressiyadan uzaq olan bir münasibət göstərməlidir.

- Yadınıza öz yeniyətməlik dövrünüzü salın.

- Bu mərhələdə uşaqla valideyn yox, dost olmaq zəruridir.

- Uşağın hissləri ilə maraqlanın, problem yaşananda tənbeh etməyin, günahlandırmayın. Düzgün çıxış yolu axtarmağa çalışın.

Kimə müraciət etmək lazımdır?
İnternet aludəçisinin ciddi müalicəyə ehtiyacı olduğu üçün psixoloqa müraciət etmək vacibdi. İnternet-asılılığın müalicəsində psixoterapiyadan istifadə olunur.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 576
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri