Özünə dəyər ver

Müəllif: Son Bahar
Şərhlər: 3
Baxılıb: 872
Paylaş:
Səs ver:
(səs: 0)
Gəl bu gün yaşamağı sına. Sevin. Həyata göndərilmisənsə, yaşaya biləcək qədər güclüsən demək ki. Gülümsəməyi sına. Sənə yönələn boş baxışlara inad, yaşadığın uğursuzluqlara inad, yorğunluqlara, durğunluqlara inad gülümsə. Elə içdən ki, işıqlansın ən qaranlıq bucaqlar belə. Gəl bu gün görərək baxmağı sına.Gördüyün hər şeyi yenidən kəşf et. İki bulud örtdü deyə günəşi inkar etmə gəl. Düşün bir az... Sən tək deyilsən... Səninlə birgə doğulan, nəfəs almağa səninlə başlayan, həyatının hər anında yanında olan biri var. Sən ağlasan ağlayar, gözlərinizdən yaş bir axar. Gülsən, üzündə güllər açar. Sevincini də, kədərini də ən içdən hiss edən, bir kəlmə danışmasan belə səni anlayan bir varlıq var həyatında və bir gün getmək vaxtı çatdığında gözünü qırpmadan səninlə gələcək, son nəfəsini nəfəsinə qatacaq, o. Kimliyini bilmək istəsən, sadəcə güzgüyə bax. O, sənin "öz"ündür. Gəl özünə dəyər verməyi sına. Həyatı sevməyə özündən başla.

loading...
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 872
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Fialka
Özünə qarşı olan münasibətlərin başlanğıcında özünə dəyər dayanır ilk növbədə. Çünki özünə dəyər verib hörmət etməyənə heç kəs etməz dolayısıylada qarşındakı biləcək kimlə nə cür davranmaq lazımdır. Əgər bilmirsə xudafiz deyib yola salmasını biləcəksən ən əsası nikbin və pozitivliklə daima irəli ..Heçnə və heç kim üçün üzülməyə dəyməz..
21 oktyabr 2017 19:00
3
Offline
Antikvar
Nə gözəl sözlərdi. Sonda daha gözəl yazıblar. Pessimist olan gənclərə bir stimuldur bu yazı deyərdim, oxuyub keçməyin sadəcə həmdə üzərinizdə sınayın. Özünü sevmək lazımdı.. Lazımdı ki, başqalarıda sevsin, Özünə dəyər vermək lazımdı.. Lazımdı ki, başqalarıda dəyər versin.Bir sevgi uğrunda həyata küsmək yaşamamaq hissi ilə gününə davam etmək sadəcə özünə ziyan vurmaqdı.Əyər bir insan özü istəsə hər şeyin üstəsindən gələcəkdi. Qarşıva maneələr çıxa bilər amma bu demək deyil ümidini itirəsən, əksinə dahada tutunmalısan, sonunda qazanan əlbətt sən olarsan özüdə artıqlaması ilə...
21 oktyabr 2017 16:45
2
Dinləməyi sev-Danışmağı yox...Ağıllı olmağı sev-Ağıl verməyi yox...Özünü ailəni sev-özgəsini yox..Vaxt gələr elə zərbələr alarsan ki,göz yaşlarıyla bərabər niyə belə oldu?Sualları ürəyini ağrıdar....


İmza:Antikvar
Offline
heyatim_menim
O, sənin "öz"ündür. Gəl özünə dəyər verməyi sına. Həyatı sevməyə özündən başla.

gozel cumlelerdir.insan gerek birinci ozune deyer versin sonra diger etrafindaki insanlara da deyer verecek))tesekkurler gozel paylasim ucun)))
21 oktyabr 2017 10:29
1
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri