Sensor afaziya

Müəllif: Son Bahar
Şərhlər: 0
Baxılıb: 3 328
Səs ver:
(səs: 1)
Sensor afaziya akustik – qnostik və akustik – mnestik afaziyaya ayrılır.
Akustik – qnostik afaziya baş beyin qabığının sol ımkürəsinin yuxarı gicgah payının arxa hissəsinin ələnməsi nəticəsində yaranır ( vernike 22- ci sahə ). ziyanın bu forması zamanı mərkəzi mexanizm fonematik tmənin pozulması ilə nəticələnən akustik təhlilin və danışıq lərinin sintezinin patologiyasıdır. Fonematik eşitmənin ulması sensor afaziyanın mərkəzi qüsuru olub impressiv in kobud pozulmaları ilə şərtlənir. Nitqin paradinamik temi artıq fonem səviyyəsində pozulmuş olur. Fonemləri giltili – kar, bərk – yumşaq, nazal – qeyri nazal xassələrinə ə ayıra bilmirlər. Akustik – qnostik afaziyalı xəstələr səsləri
əlamətlərinə görə ayıra bilmədiklərinə görə bütün səsləri i cür tələfffüz edirlər. Və ya səsləri oxşar səslərlə əvəz rlər.

Nəticədə sözün mənası itmiş olur. Akustik – qnostik ziya zamanı:
1. Oxu və yazı qüsurları müşahidə olunur.
2. Eşitmə ilə şərtlənən hesab pozulmuş olur.
3. Ritmin pozulması müşahidə olunur.
4. Emosional iradi sferanın pozulması müşahidə olunur.

Afaziyanın bu növündə hətta sadə təlimat anlaşılmaz olur. Lakin bəzən deyilənin ümumi mənası qavranılır. Nitqi anlamın 3 səviyyəsi qeyd olunur:
1. Kobud – anlama çox məhduddur.
2. Orta – stituativ nitq anlaşılır.
3. Yüngül – məntiqi ardıcıllığa varmadan nitq nisbətən sərbəst anlaşılır.

Akustik – qnostik afaziya zamanı yaranan şifagi nitqin üç inkişaf səviyyəsi qeyd olunur:
1. Ağır səviyyə - nitq müxtəlif səs, söz, ifadə yığımından ibarət olur. Nitqi ifadə etmək mümkün deyil. Bu cür nitq bir müddət sonra loqoreya ilə əvəz olunur. Loqoreya – lazımsız informasiya axınıdır.
2. Orta səviyyə - loqoreya elementləri hərfi və verbal parafaziyalarla əvəz olunur. Parafaziya – nitqə yaxınlaşma sözlərin səslərin cümlələrin mənasız əvəzlənməsidir. Nitqin tempi sürətli olur. Lakin özünü idarə və özünü korreksiya cəhdləri olaraq sözün içərisində və ya sözlər arasında pauza verilir. Nitqdə cümlə üzvlərindən istifadə olunsada mübtəda və xəbər üstünlük təşkil edir.
3. Yüngül səviyyə - nitqin bərpa olunmasının sonuncu mərhələsidir. Insanın şifahi nitqi leksik tərkibinə və sintaktik strukturuna görə müxtəlif və açıqdır. Tələffüz çətinlikləri hiss olunur.

Akustik – mnestik afaziya gicgah sahənin orta və arxa payının zədələnməsindən yaranır. Bu qüsurun əsasını eşitmə yolunun artan tormozlanmasından yaranan nitqi eşitmə yaddaşının azalması təşkil edir. Afaziyanın bu növü zamanı bir neçə mərkəzin pozulması baş verir:
1. Nitqi eşitmə mərkəzi pozulur.
2. Akustik qavramanın həcmi azalır.
3. Əşyavi obrazlı təfəkkür pozulur.

Əsas mərkəzi qüsur isə nitqi anlamanın pozulmasıdır. Akustik – qnostik afaziyadan fərqli olaraq loqoreya müşahidə olunmur. Bəzi hallarda sözün düzgün tələffüzünə baxmayaraq mənanın fərqli qavranılması ola bilər. Bu qüsur zamanı ötürücü yolların tormozlanması baş verir. Tormozlanma nəticəsində öncə gələn informasiya yaddan çıxır, yeni informasiyaya yer verilir. Informasiyanın çoxluğu qüsuru ağırlaşdırır. Ağır yazı qüsurları müşahidə olunmur. Afaziyanın bu tipində qısa cümlələrdən istifadə olunur. Lazımı sözün axtarışına müəyyən vaxt sərf olunur.
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 3 328
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri