Qulaqcıq taxanlar... Şizofreniyanın başlanğıcıdır”

Müəllif: Antikvar
Şərhlər: 7
Baxılıb: 673
Paylaş:
Səs ver:
(səs: 1)
Son dövrlər insanlar qulaqcıqdan istifadənin baxımlısına çevriliblər desək, yəqin ki yanılmarıq. Hər gün küçədə, avtobusda, metroda, iş yerində qulaqlarına bu vasitəni taxmış, yüksək səslə musiqi dinləyən şəxslərlə qarşılaşırıq. Ən acınacaqlısı isə bu halın uşaqlar və yeniyetmələr arasında da geniş vüsət almasıdır. Qulaqcıqdan istifadə edən həmin şəxslər ətraf aləmdən təcrid olunmuş kimi görünür, gözlərindəki ifadə isə tamamilə donuq və qeyri-müəyyəndir. Bir anlıq adama elə gəlir ki, səninlə onlar arasında sanki bir uçurum var, ya da sən başqa aləmdə yaşayırsan, onlarınsa öz dünyası var. Üstəlik musiqiyə o qədər yüksək səs verirlər ki, ətrafdakılar da eşidir. Və adamım ağlına dərhal bir sual gəlir – “Bunun qulağı batmır belə yüksək səsdən?”.

Kar ola bilərsiniz...
Bəs görəsən qulaqcıqdan istifadənin insan sağlamlığına, psixologiyasına nə kimi mənfi təsiri var? Ümumiyyətlə, qulaqcıqdan istifadə zamanı hansı detallara diqqət etməliyik? Ailem.az bu və digər suallara mütəxəssislərlə aydınlıq gətirməyə çalışıb.

Qulaq, burun, boğaz həkimi Cavid İsmayılov bildirdi ki, qulaqcıqda musiqi dinləyənlər diqqətli olmalıdır, çünki onlar kar ola bilərlər: “Silah səsi, ya da bir partlayış nəticəsində ani və qısa müddətli şiddətli səslərdə olduğu kimi, yüksək səslərə də uzun müddətli məruz qalmaq qalıcı eşitmə itkisinə yol açır. Yüksək səsdən sonra qulaqda olan uğultu, cingilti eşitmə sinirində hüceyrələrin zədə gördüyünə bir işarədir. Həmçinin qulaqcıq taxaraq, yüksək səslə musiqi dinlənən bu cihazlar erkən yaşlarda eşitmə itkisi üçün bir risk faktorudur”.

Qulaqcıqda səs şiddəti 70 destibel olmalıdır
C.İsmayilov deyir ki, səssiz bir otaqda qulaqcıq ilə musiqi dinlənərkən səs şiddəti əsasən normal qəbul edilə bilər bir səviyyədə, təxminən 70 destibel (db) olmalıdır: “Müqayisə üçün deyim ki, insan danışığı təxminən 40 db, küçə səsləri təxminən 70 db şiddətindədir. Ancaq səs-küylü bir mühitdə ətrafdakı səsləri basdırmaq üçün musiqinin səsi artırıldıqda dinləyicinin qulaqları üçün təhlükə yaranır. Araşdırmalar göstərir ki, 85 db şiddətindəki səslərə 8 saatdan çox məruz qalmaq olmaz. Bu müddətlər 88 db üçün 4 saat, 91 db üçün 2 saat və 100 db üçün 15 dəqiqədir. Səs şiddəti artdıqca dinləmə müddəti azalmalıdır. Qeyd edim ki, musiqi dinləmə cihazlarının səs şiddəti 125 db-ə qədər yüksələ bilir. Bundan əlavə istifadəçilərin dörddə birində yüksək səsdə dinlənən musiqi sonrası eşitmələrində keçici olaraq 5-10 db şiddətində zəiflik müşahidə edilir.

Yüksək səsə daimi məruz qalma qulaqda eşitmə sinirində ciddi problemlər yaradır və bu, geri dönüşümü olmayan eşitmə zəifliyinə gətirib çıxarır. Odur ki, çalışın qulaqcıqdan orta səs səviyyəsində, gündə 1-2 saatdan çox istifadə etməyəsiniz”.

Xəstəliyin ilk əlamətləri...
Həkimin sözlərinə görə, yüksək səs nəticəsində əmələ gələn zədə iç qulaq tipində yavaş-yavaş eşitmə itkisi yaradır: “Zaman keçdikcə problemlər ortaya çıxır və bunu bildiyiniz vaxt isə hər şey çox gec ola bilər. Uğultu və cingilti xəstəliyin ilkin əlamətlərindəndir. Bir də onu qeyd edim ki, qulaqcıqdan tək tərəfli istifadə də təhlükəlidir. Bəzən qulaqcığın bir tayı hər hansı dosta verilir, bu zaman istər-istəməz səs şiddətini də yüksəltmək məcburiyyətində olurlar və bu da hər ikisinin qulağında ciddi problemlər yaradır”.

Qulaqcıqdan istifadə insanı laqeyd edir
Məsələnin psixoloji məqamlarına aydınlıq gətirən psixoloq Narınc Rüstəmova qulaqcıqdan istifadənin hazırda bütün uşaqlar və gənclər arasında geniş yayıldığını təəssüflə qeyd etdi. Onun sözlərinə görə, qulaqcıqdan bu cür geniş istifadə etmək onların psixologiyasına mənfi təsir göstərir: “Belə uşaqlar cəmiyyətdən təcrid olunurlar. Uşaq qulağına qulaqcıq taxan zaman ətraf mühitdən təcrid olunmağa başlayır. O, kənar söhbətləri eşitmir, dinləmir. Yalnız qulaqcıqda olan musiqiyə və ya hansısa bir məlumata qulaq asır”.

Psixoloq vurğulayır ki, qulaqcıqlardan istifadə ümumiyyətlə, insanı cəmiyyətə qarşı laqeyd edir. O, ətraf hadisələrə qarşı etinasız olur. Bu zaman ailə daxilində, məktəbdə, cəmiyyətdə problemlər yaratmağa başlayır: “Biz müşahidə etmişik ki, hətta şizofren olan uşaqlar xəstəliyin ilk mərhələlərində qulaqcıqdan istifadə etməyə başlayırlar. Çünki onlar bu vasitə ilə ətrafdan uzaqlaşaraq daha rahat olurlar. Kənar səslər eşitmirlər, səs-küydən, valideynlərinin narazılığından daha uzaq olmaq istəyirlər və zaman keçdikcə daxili nitqi artırırlar. Daxili nitq isə insanın öz-özü ilə, içindəki səslə danışmasıdır. Bu zaman insanda öz-özünə danışmaq vərdişi formalaşır. Bu, adi hallarda da olur, amma qulaqcıqdan istifadə edən yeniyetmə uşaqlarda daha çox rast gəlinir. Uşaq başlayır öz-özünə danışmağa və zaman keçdikcə bu, yüksək səslə danışığa keçid edir. Hətta o, güzgü ilə, otaqda oturduğu yerdə danışmağa başlayır, hansısa bir hadisəni nəql edir, aqressiyasını bildirir, söyüş söyür və sair”.

“Valideyn bilməlidir ki, onun övladı tənhadır...”
N.Rüstəmova qeyd etdi ki, valideynlər uşaqlarda qulaqcıqdan istifadəni ciddi şəkildə nəzarətdə saxlamalıdırlar: “Ünsiyyət problemi olan uşaqlar qulaqcığa daha çox meyl edirlər. Uşaq qulaqcığı qulağına qoyduğu an valideyn bilməlidir ki, onun övladı yalnızdır, özünü tənha hiss edir, dostları yoxdur. O, özünü qulaq asdığı musiqilərlə, baxdığı hansısa video görüntülərlə ovutmağa çalışır. Bu hallarda valideynlər övladlarının sosiallaşmasına, onların özlərinə dost tapmasına kömək etməlidir”.

(səs: 1)
Şərhlər: 7
Baxılıb: 673
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Totu
İnsanin qelbi qirilanda aci ceken de goz yaşi tokende qulaqciq isifadə eder
23 dekabr 2017 21:57
7
Offline
Fialka
Qulaqcıqdan evdə istifadə edirəm eşitməyə mane olan şərait yarandıqda zərərləri haqqında bilmək maraqlı oldu xüsusilədə uşaqlarda göstərdiyi təsir barədə onsuz asosiallıq günümüzün bəlası olub uşaqlar arasında..Təşəkkür.
23 dekabr 2017 21:00
6
Offline
AGHAYEVA
Qulaqciqdan axirinci defe ne vaxt istifade etdiyim yadimda deyil.Ziyanli terefleri var deye deyil weraitim olmadigi ucun.Gece de yatanda ayiq sayiq yatiram kifu ,uwaq ayilar xeberim olmaz.
23 dekabr 2017 14:07
5
Offline
YalniZ-ArZu
qeti taxan deyilem,hec bilmirem qulaqcigim evin hansi kuncundedi.etim de tpkulur bezen qulaqciqla mahni dinleye dinleye yol gedenlere baxanda,deyesen ne mecburdu cat evine dinlede mahnini,hele genclerde gorende eybi yox amma orta yashli adamlarda esas da qadinlarda wit gorunur,
23 dekabr 2017 10:37
4
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
BARBI
Qulaqxiqi artiq tergitmeisem.Evveller cox istifade edirdim.Zereri olduqca coxdur
23 dekabr 2017 10:14
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Meleknur
Men bezen ozumu wizofren hiss edirem)) mence bu mende qulaqliqlardan deyil bawqa bir problemlerdendi
23 dekabr 2017 09:25
2
Düşdüyündə ümidini, qalxdığında insanlığını itirmə!
Offline
AYCA
Mende istifade edende normasini azldram
23 dekabr 2017 08:55
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri