Mövsümi depressiyalar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 1 998
Səs ver:
(səs: 0)
Tətildən sonra qadınlar artıq çəkidən azad olmaq, kişilər isə siqareti tərgitmək istəyirlər. İşi və ya məktəbi ilə bağlı bir sıra problemlər yaşayanlar bu mühitdən uzaqlaşdıqları üçün qısa müddətlik də olsa problemləri unudurlar. Amma uzun və yaxşı bir tətildən sonra sıxıldıqları həmin məkana qayıtmaq onlara işgəncə kimi görünəcəkdir. İşini və ya məktəbini sevməyənlər depressiyanı daha şiddətli şəkildə yaşayırlar. Bəzi insanlar isə tətildə əldə etmiş olduqları tempi gündəlik həyatlarına da daşıya biləcəklərinə inanırlar və bu düşüncənin təsiri ilə iddialı formada işə girişirlər.

Bu sosial və psixoloji faktorlarla bərabər yay tətilindən dönərkən bioloji ritmimiz baxımından da risk altında olduğumuz mövsümi bir dövrlə-payızla üst-üstə düşür. Günəş şüalarının insanların bioloji proseslərinə təsirli olduğu hamıya məlumdur. Havaların soyumağa başlaması ilə günəş şüalarının get gedə təsirinin azalması, narahatliq, depressiya kimi problemlərin ortaya çıxmasına səbəb olur. Bunun da səbəbini bu cür açıqlamaq olar ki, beynimizdə hipofiz vəzi melatanin hormonu ifraz edir. Qaranlıq mühitdə bu vəzi hormon ifrazını artırır. Melatanin hormonu insanın fiziki hərəkətlərini yavaşladan, yuxulu vəziyyət yaradan, bir növ ruhun nəfəs almasını təmin edın təbii bir sakitləşdiricidir. Qaranlıqda ifrazı artan melataninin orqanizmimiz üzərində ən vacib təsiri ürəyimizin dadlı yeməklər istəməsi və ya həddən artıq yemək istəyinin yaranmasıdır. Və bəlkə də qış aylarında çəkimizin artmasının səbəblərindən biri də bu ola bilər.

Gözün torlu qişasından hipofizə ötürülən işıq isə melatanin ifrazını azaldır. Bu da melataninin miqdarını azaltdığı üçün müəyyən əlamətlər müşahidə edilir. İnsan aktivləşir,əhvalı yüksəlir. Qış aylarında günəş işığının azalmasi,gecələrin uzun,gündüzlərin qısa olması və təbii olaraq melatanin ifrazının artması mövsümi olaraq müşahidə olunan psixoloji narahatlıq hallarına gətirib çıxarır. Günəş işığının bu psixoloji narahatlıqdakı önəmini mövsümi xarakterli depressiyanın Şimali Skandinaviya ölkələrində digər ölkələrə nisbətən 3 dəfə artıq müşahidə olunması da təsdiq edir. Depressiyanın əsas əlamətləri 2 həftə boyunca heç bir şeydən həzz ala bilməmək və istəksizlik, 2 həftə ərzində ruhi çöküntü hiss etməkdir. Depressiyaya girdiyimizi göstərən digər əlamətlər isə yuxu pozğunluqları, diqqət pozğunluqları, günahkarlıq hissi, iştah pozğunluqları, fiziki fəaliyyət pozğunluqları(həddindən artıq durğunluq və ya gərginlik) kimi özünü biruzə verir. Payız və qış aylarında başlayıb yazda bitən bu cür narahatlıqlar “mövsümi depressiya” adlanır. Mövsümi depressiya xüsusilə gənclərdə müşahidə olunur və iqlimlə bağlı olaraq dəyişilir.Mövsümi depressiyanın daha spesifik əlamətləri bunlardır: halsızlıq, həddindən artıq yuxu ehtiyacı(gündə ən az 10 saat) və ya normal yuxudan 2 saat artıq yatmaq,karbohidrat ehtiyacının artması, 2 həftə boyunca ümumi istəksizlik.

Əgər içinizdən heç bir şey etmək gəlmirsə,davamlı olaraq yatmaq istəyirsinizsə və hər yuxudan oyandığınız zaman oynaq və əzələlərinizdə ağrılar hiss edirsinizsə, daima başınıza xoşagəlməz hadisə gələcəyini düşünür və buna görə də daimi narahatlıq içindəsinizsə, ola bilər ki, siz mövsümi depressiya yaşayırsınız.Mövsümi depressiyanın təsir etdiyi uşaqlar və gənclərin xüsusilə bu dövrlərdə evdə,məktəbdə ətraf mühitlə uyğunlaşma problemləri, gənclərin də müəyyən qruplara qatılma meylləri arta bilər.
Onu da qeyd etmək lazımdır ki, mövsümi depressiya əslində sırf insanlara xas olan bir hal deyil.Təbiətdəki bütün canlıların özlərini yeni mövsümə hazırlayarkən keçirdikləri bir durğunluq dövrüdür. Hər canlının yaşadığı bu fiziki və ruhi dəyişikliyi bəzi heyvanlar qış yuxusuna gedərək keçirirlər.

Aytən Qasımova

Psixoloq
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 998
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri