Nə istəyirəm?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 565
Səs ver:
(səs: 0)
Həyatda nə istədiyimizi bilmək çox vacibdir. Niyə? Bunun bir neçə səbəbi var. Birincisi, həyatda nə istədiyimizi bildiyimiz zaman qarşımıza məqsədlər qoyur və bu məqsədləri reallaşdırmağa çalışırıq. İkincisi, bu zaman özümüzə hörmət edir və özümüzü olduğumuz kimi qəbul edirik. Üçüncüsü, bu zaman biz başqa şəxslərlə səmimi münasibətlər qurmağa və bu münasibətləri qoruyub saxlamağa müvəffəq oluruq.

Biliyinizi artırmaq və özünüzü inkişaf etdirmək istəyirsinizsə daim qarşınıza məqsədlər qoyun. Heç kəs mükəmməl deyil və buna görə də biz bacardığımız qədər özümüzü inkişaf etdirmək və həyatdan nəticə çıxarmağa çalışırıq. Fərdi inkişafın ən mühüm müsbət cəhəti ondan ibarətdir ki, insan həyatda təcrübə qazandıqca daha da kamilləşir. Həyat bizə qarşı həmişə ədalətli olmur amma biz çətinliklərin öhdəsindən necə gəlməyi bilsək onda yaşamaq da daha asan və mənalı olar.

Həyatda nə istədiyimizi bilmək bizə kim olduğumuzu və gələcəkdə nə kimi nailiyyətlər əldə etmək istədiyimizi anlamağa da kömək edir. Bu, özümüzü olduğumuz kimi qəbul etməyin və özümüzə hörmət etməyin ilkin şərtidir.

Həyatda qarşımıza məqsədlər qoyub onlara nail olmağa çalışdıqda siz həyatınızda müsbət dəyişikliklər etməyə və yaşayışınızı daha da yaxşılaşdırmağa çalışırsınız.

Həyatda nə istədiyinizi bilməklə biz başqaları ilə də sağlam və uzunömürlü münasibətlər qura bilirik. Bu halda biz onların qüsurlarını və ya fərqli xüsusiyyətlərini tənqid etmək əvəzinə anlayışla qarşılayır və onları olduqları kimi qəbul edirik.

Əgər nə istədiyinizdən əmin deyilsinizsə onda qələm və kağız götürün. Qarşınıza qoyduğunuz məqsədləri və onları reallaşdırmaq yollarını qeyd edin. Sizin üçün reallaşması daha vacib olan məqsədləriniz haqqında daha çox düşünün.

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 565
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
ayka95
Sitat: vipbetul
maraqli teklifidr ne isdediyimizi bilsek yolumuzuda asan sece bilerik
17 fevral 2018 16:19
3
Offline
Cema_Axodova
heyat bezen yazildiqlari kimi olur.cetin olur ama yene cox saq olun meslehete gore
17 fevral 2018 11:13
2
p.s
Online
vipbetul
maraqli teklifidr ne isdediyimizi bilsek yolumuzuda asan sece bilerik
17 fevral 2018 09:53
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri