Dietoloqların heç vaxt yemədiyi qidalar – Siz hər gün yeyirsiz

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 220
Səs ver:
(səs: 0)
Rusiyanın tanınmış 6 nəfər dietoloq, naturopat və qidalanma üzrə terapevti arasında aparılmış sorğuya əsasən dietoloqların imtina etdiyi, yemədiyi və almadığı ərzaq və qida məhsullarının siyahısı tərtib olunub. BU o qidalardır ki, dietoloqlar tərkibinin zərərli olduğuna əmindir və pasiyentlərinə də qadağan edir.
Biz də bu ərzaqlardan imtina etsək, özümüzə böyük yaxşılıq etmiş olarıq.

Ucuz qənnadı məhsulları, qarışıq tərkibli şirniyyatlar - bütün zavod və sex istehsalı olan ucuz şirniyyatlar zərərli marqarində hazırlanır və əlavə olaraq çoxlu şəkər qatılır. Marqarində olan transyağlar - onkoloji və ürək-damar xəstəliklərinin yaranmasınada günahkardır. Dietoloqlar da şirniyyatı, bişmişi sevir, ona görə evdə bişmiş tortlar, pirojnalar, peçenyelər yeyir. Əgər satışdan şirniyyat alırsızsa, diqqətlə tərkibini öyrənin, oxuyun. Əgər marqarin, palma yağı, konditer yağı sözləri varsa uzaq durun. Ən yaxşısı xüsusi diabetik və dietik mağazalardan şəkərsiz məhsullar almaqdır. Keyfiyyətli, yaxşı yağdan bişmiş şirniyyat ucuz ola bilməz. Ona görə ayda bir dəfə şirniyyat alın, amma yaxşısını yeyin. Xüsusən qablaşdırılmış, paketlənmiş şirniyyatdan uzaq durun. Orda rənglər, konservantlar, əlavələr də var.

Qazlı, şirin içkilər, Cola, Sprite, Fanta - Bu içkilər kalorilidir, çox şirindir, tərkibi də naməlumdur. Bir stəkan bu içkidə gündəlik normadan 3 dəfə artıq şəkər var. Tərkibində olan fosfor turşusu kalsiumun mənimsənilməsinə mane olur, diş və sümükləri ovur. Bunlardansa adi mineral su və ya kompot içmək lazımdır.

Sənaye istehsalı olan kolbasa və sosiska məhsulları - təbii ətdən fərqli olaraq tərkibində az zülal və çoxlu piy, yağ və konservantlar var. Tərkibində süni rənglər, konservantlar var. Evdə isə natual kolbasa hazırlamaq mümkündür: file və hind quşu ətindən.

Ucuz yoqurtlar, kəsmiklər, süd məhsulları - uzun müddət saxlanması üçün şəkər, stabilizatorlar, rəng, aromatlaşdırıcı maddələr vurulur. Onlar da transyag mənbəyidir və zərərlidir. Yaxşı olar ki, qatqısız, təbii, evdə hazırlanmış yoqurt, qatıq, pendir yeyilsin. İstifadə müddəti 5 gündən artıq olan yorurtları heç vaxt almırıq. Çünki 5 gündən artıq qalan məhsulda demək həddən artıq konservant var. Bunları yeməyin faydası yox, zərəri var.

Tez hazırlanan sıyıqlar - onlarda faydalı heç nə yoxdur. 3-5 dəqiqəyə hazır olan bu sıyıqlardakı toxum çoxsaylı termiki işlənmədən keçir, faydalı xassələrini itirir. İnsanı uzun müddətli doyurmur, qanda şəkərin səviyyəsini artırır, sonra şəkər kəskin enir və insan yenidən acıyır.

Günəbaxan yağı - elə də faydalı yağ deyil. Əvəzinə kətan toxumu yağı, qarğıdalı, küncüt yağı istifadə edirik. Onlar Omeqa 3 ilə zəngindir.
Ağ buğda unundan mağaza çörəyi - kalorisi çox, tərkibi faydasızdır. Evdə yaxşı kəpəkli undan çörək bişirmək daha yaxşı variantdır. Ən azından tərkibindən arxayın olarsız.

Farşdan hazırlanmış ərzaqlar, yarımfabrikatlar - çünki heç vaxt bilməyəcəksən bunlarda istifadə olunan farşa əlavə nələr qatılıb, o ət neçə müddət saxlanılıb, tərkibində nə qədər nişasta var? Evdən kənarda farş yox, ətdən yemək sifariş edin, farşı isə yalnız evdə yaxşı ətdən hazırlayın.

Çipslər - tamamilə lazımsız, faydasız qidadır. Beyinə aclıq siqnalı göndərir, tərkibində çoxlu lazımsız sintetik komponentlər var.
Aromatlaşdırılmış çay və qəhvə - insanın dad reseptorlarını aldadır, beyinə yanlış siqnallar göndərir, həzm sistemini pozur. Təbii otlardan olan çayları seçin.
Küçədə, yolüstü hazırlanan fast-food, pirojki, şaurma - sanitar normalara cavab verməyən şəraitdə hazırlanan bu qidalar xəstəlik mənbəyidir və mədənin düşmənidir.

Qablaşdırılmış meyvə şirələri - sıfır faydası var. Tərkibində əlavə maddələr çoxdur. 5 gündən artıq saxlanıla bilən şirə şirə deyil, zəhərdir.
Mayonez - transyağlar mənbəyidir. Mədəaltı vəzə ziyandır.
Konserləşdirilmiş ərzaqlar, konservlər - bağırsağın mikroflorasını pozur.

İstənilən konfetlər - şəkər bombasıdır. Heç bir faydası yoxdur.

Ağ düyü - tərkibində nişasta və soda var.
Dondurulmuş ərzaqlar - onu yeyəndə mədə, beyin az qala dəli ola.

Həmçinin xəmirə bükülmüş ətli yeməklər - qlikemik indeksi pozur.

Əgər bu ərzaqlardan uzaq olsanız, dietanı unuda bilərsiz. Çünki həm güclü sağlamlığınız, həm də gözəl bədəniniz olacaq. Həmişə düzgün qidalanma sisteminə riayət edin. Bu, çətindir, amma tədricən nədənsə başlamaq olar. GMO, E əlavəli, yüksək dozada duz, ədviyyat, konservant, şəkər tərkibli qidalar sizə gənc yaşlarınızda ağır problemlər yaşadacaq.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 220
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri