Uşaqların qida rasionunda olması gərəkən 10 ƏN VACİB QİDALAR..

Müəllif: Onun_Mələyi
Şərhlər: 12
Baxılıb: 5 879
Səs ver:
(səs: 0)
Qidalandırıcı və balanslı qidalanma uşaqlarınızın sağlamlığını qoruya bilər. Böyüyən kiçik bədənlərin xüsusi vitamin və minerallara ehtiyacı vardır. Ancaq bəzən ailələr uşaqlarına sağlam yemək yedirtməkdə çətinlik çəkirlər.Bəzi ləzzətli yeməklər uşaqların aktiv həyat tərzləri üçün zəruri olan hər şeyitəmin etməyə kömək edir. Uşaqların qidalanmasında mühüm yer tutan 10 super yemək aşağıdakılardan ibarətdir:

1. Şirin kartof:
Bu sağlam və ləzzətli tərəvəz kalium, C vitamini, lif, folat, A vitamini, kalsium və dəmir ehtiva edir. Dünyadakı ən bəsləyici yeməklərdən biri olan şirin kartof şəkər xəstələri üçün də yaxşı bir seçimdir, çünki qan şəkərini balanslaşdırmağa kömək edir.

2. Brokoli:
liflə dolu olan brokoli inkişaf etməkdə olan uşaqlar üçün ən yaxşı qidalardandır. Brokoli, eyni zamanda, vitamin və minerallarla zəngindir. Uşağınızın görməsinə və hüceyrə zədələnməsindən qorunmasına kömək edir. Brokolini çiy yeməklə uşaq, inkişafı üçün zəruri olan bütün maddələri qazanır. Əgər uşağınız brokoli sevmirsə, gizlicə yeməklərinə qata bilərsiniz. Yaxud da onu az yağlı salata əlavə edə, bununla da uşaqlarınıza bu tərəvəzi sevdirə bilərsiniz.

3. Tam taxıllar:
Çörək, kraker və yulaf kimi tam taxıllı yeməkləri uşaqlar sevirlər. Bu qidalar folik turşu, sink, dəmir və B vitamini baxımından zəngindir. Bundan əlavə, bəziləri D vitamini və kalsium ilə də zənginləşdirilmişdir. Ürək xəstəliklərinə qarşı profilaktik tədbir olaraq indidən uşaqlarınıza tam taxıllı yeməkləri verməyə başlayın. Ancaq doymamış yağ, yəni trans yağ ehtiva edən krakerdən uzaq durun.

4. Pendir:
Uşaqlar üçün əla bir qidadır, çünki uşaqlar pendiri çox sevirlər. Kalsium, zülal və B12 vitamini baxımından zəngin olan pendir sümük meydana gəlməsində çox əhəmiyyətli birmineral olan fosfor ehtiva edir. Digər tərəfdən, araşdırmalar zamanı müəyyən edilmişdir ki, yeməklərdən sonra pendir yemək dişlərin çürüməsinin qarşısını alır. Uşaqlarınıza pendirli sendviç hazırlaya bilər, pendiri sağlam bir şorba ya da salatın içərisinə qata bilərsiniz.

5. Yoqurt:
pendir kimi yoğurtu da uşaqlarınıza sevərək yedirə bilərsiniz. Yoğurt kalsium, zülal, karbohidrat, B vitamini, sink və fosfor ilə zəngindir. Bütün təbii yoğurtlara təzə meyvə qataraq, daha çox qida dəyəri əldə edə bilərsiniz. Az yağlı qatığa şokoladlı cips və ya yulaf qarışığı əlavə edə bilərsiniz.Uşaqlarınız üçün başqa bir alternativ olaraq, qatığı meyvə şirəsi qataraq soyuducuda dondurub dondurma edə bilərsiniz.

6. Ton balığı:
konserv ton balığı ilə uşaqlarınızın protein, niasin, B vitaminləri, dəmir və sink kimi maddələriolan ehtiyacını qarşılaya bilərsiniz. Omeqa 3 yağ turşuları ehtiva edən balıq beynin inkişafına kömək edir və ürək sağlamlığını qoruyur. Uşağınıza ton balığını sendviçlə ya da salatla yedirə bilərsiniz.

7. Qaragilə:
Yetkinlər və uşaqlar üçün qaragilə ən bəsləyici qidalardan biridir. Kalium, C vitamini, lif, karbohidrat və antioksidanlar ehtiva edən çöl qaragiləsinin təzə halda hər bir uşağın qida rasionuna daxil edilməsi zəruridir. Şirin olduğu üçün uşaqlar tərəfindən sevilən bu meyvəni qatığa, ya da yulafa əlavə edə bilərsiniz.

8. Süd:
Kalsium və fosfor sümüyün sağlam inkişafı üçün lazımlı iki mineraldır. Süd zülal, enerji yanacağı olan karbohidrat, A vitamini və maqnezium ilə yanaşı sümükləriniz üçünfaydalı digər mineralları ehtiva edir. Tam yağlı süd 2 yaşına qədər olan uşaqlar üçün yaxşıdır, ancaq 2 yaşından sonra uşağa verilən süddəki yağ nisbəti azaldılmalıdır.

9. Yumurta:
Proteinlə zəngin bir qida olan yumurta olduqca faydalıdır. Zülaldan əlavə, yumurta uşaqlar üçün lazımlı artıq bir çox vitamin və minerallarla da doludur. Bununla yanaşı A, D, E və B qrupu vitaminlərini əhəmiyyətli nisbətdə ehtiva edən yumurta içində olan kolin sayəsində beyin funksiyalarının yerinə yetirilməsində də əhəmiyyətli rol oynayır. Yumurtanı müxtəlif reseptlərlə bişirin, uşağınız hansı formada sevirsə, onu da tətbiq edin.

10. Qırmızı ət:
Protein, B vitaminləri, niasin, sink və dəmirlə zəngin olan mal ətində yumurtada olduğu kimi beynin inkişafını təmin edən kolin də var. Yağ və xolesterol baxımından yetkinlərin çox yeməməli olduğu ət kiçik uşaqların beyninin və orqanizminin inkişafı üçün olduqca faydalıdır. Balanslı bir yemək üçün əti tərəvəz yeməkləri birlikdə verə bilərsiniz.
(səs: 0)
Şərhlər: 12
Baxılıb: 5 879
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri