Bürclərə uyğun qidalanma

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 4 754
Səs ver:
(səs: 0)

 


Qoçlar üçün qatıq şərtdir
Qoçların gündəlik qidalanma proqramında mütləq yaşıl tərəvəzlərlə birgə kartof, soğan, alma, qoz, pomidor, limon, armud kimi yeyinti məhsulları olmalıdır. Qoçlar gündə 2 dəfə qatıq və digər ağartı məhsullarından istifadə etməlidir.
Buğalar su içməyi unutmamalıdır
Gündəlik bəslənmə proqramında mütləq su, brokoli, göbələk, ispanaq, kələm və kartof kimi qidalar olmalıdır. Buğa bürcləri gündə 2 litr su içməyi vərdiş halına gətirməlidir.
Əkizlər süd içməlidir
Əkizlər bürcünün gündəlik bəslənmə proqramlarının əsasını  portağal, armud, şaftalı, pomidor, qarğıdalı və ərik kimi qidalar təşkil edir. Sağlamlığını qorumaq istəyən Əkizlər, süd məhsullarına  laqeyd yanaşmamalısınız.
Xərçənglər  yaşıl tərəvəzlərdən çox istifadə etməlidir
Xərçəng bürclərinin gündəlik bəslənmə proqramlarında mütləq çovdar unu, yumurta ağı, kərəviz sapı, paxla, kahı və bol yaşıl tərəvəz kimi qidalara yer verilməlidir. Şirniyyat ehtirasını öldürə bilmək üçün xərçəngələr ancaq meyvə salatları ilə kifayətlənməlidir.
Şirlər yağlı yeməklərdən uzaq dayanmalıdır
Aslan bürclərinin gündəlik qidalanma proqramında mütləq buğda çörəyi, alma, yulaf, arpa, çovdar, kahı, yumurta, kələm, xiyar, qoz və balıq kimi faydalı qidalar olmalıdır. Yağlı qidalardan da mümkün olduqca uzaq dayanmaq lazımdır.
Qızlara ŞƏKƏR YOX
Qız bürclərinin gündəlik qidalanma proqramında kök, yaşıl tərəvəzlər, qarpız və yulaf kimi qidalar olmalıdır. Bundan başqa, yüksək şəkərli qidalardan uzaq durmalıdırlar.
Tərəzi bürcü üçün kərəviz
Tərəzi bürcləri gündəlik bəslənmə proqramlarını tərtib edərkən kərəviz, ispanaq, göy noxud, çuğundur, alma, quru üzüm, badam və əncir kimi faydalı qidaları ilk sıraya qoymalıdır. 
Əqrəblər soğandan daha çox istifadə etməlidir
Gündəlik bəslənmə proqramında mütləq soğan, xardal, sarımsaq, kəvər, şalğam, əncir, ərik kimi faydalı qidalara yer verməsi lazım olan əqrəblərin isə mədə sağlamlıqları üçün qazlı içkilərdən uzaq dayanması vacibdir.
Oxatanlar yağlı qidaya "yox” deməlidir
Oxatan bürclərinin gündəlik bəslənmə proqramlarında xiyar, adaçayı, qərənfil, brokoli, göbələk, pomidor kimi faydalı qidalar mütləq olmalıdır. Yağlı yeməklərdən uzaq dayanmaq, Oxatan bürcləri üçün çox əhəmiyyətlidir. 
Oğlaqlar da süd içməlidir
Oğlaq bürclərinin gündəlik qida rasionunda mütləq lazım olanlar: portağal, armud, şaftalı, pomidor, qarğıdalı, ərik və bol yaşıl tərəvəz kimi faydalı məhsullar. Süd məhsullarına də mütləq yer verməlidirlər.
Dolçalar bol meyvə-tərəvəz yeməlidir
Dolça bürcləri, siz gün ərzində mütləq meyvə və tərəvəzlərdən ibarət olan faydalı qidalardan istifadə etməlisiniz. Bu qidalar arasında: göbələk, xiyar, su, avokado, banan, armud, qarpız, paxla kimi tərəvəz və meyvələr olmalıdır.
Balıqlar şirni böhranına qapılmamalıdır
Balıq bürcləri isə gündəlik bəslənmə proqramlarında banan, nanə çayı, paxla, kərəviz sapı, avokado, xiyar, göbələk kimi faydalı qidalar istifadə etməlidir. Bundan başqa, gün ərzində meyvə salatı yeyərək şirniyyat böhranını aradan qaldıra bilərsiniz.

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 754
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri