“Çuğundur şirəsi uşağın qanını artırmır” – PEDİATRDAN VACİB TÖVSİYƏ

Müəllif: YalniZ-ArZu
Şərhlər: 9
Baxılıb: 742
Paylaş:
Səs ver:
(səs: 0)
Qan insan həyatı üçün lazım olan ən vacib şərtlərdən biridir. Qan azlığından bir çox insan əziyyət çəkir. Xüsusilə də uşaqlarda qan azlığı müxtəlif problemlər yaradır. Bu zaman isə valideynlər tərəfindən ən çox müraciət edilən müalicə üsulu qan azlığı olan uşaqlara çuğundur şirəsi verməkdir. Amma mütəxəssislər bu kimi vasitələrlə qanın çoxalmasının absurd olduğunu bildirirlər. Bəs qanı az olan uşaqlara hansı qidalar verilməlidir? Pediatr Aytən İsmayılzadənin bu haqda fikirlərini diqqətinizə çatdırırıq.

Həkim deyir ki, əgər uşaqda qanazlığı varsa , hemoqlobin 100 q/l-dən azdırsa, bu, çuğundur-alma şirəsi ilə artan deyil. Körpə uşaqlar üçünsə ümumiyyətlə, bu şirə münasib seçim deyil. Mütləq dəmir preparatı təyin olunmalıdır: “Qanazlığının, anemiyanın müalicəsi zamanı təyin olunan dəmir preparatı isə ən az 3 ay müddətində verilməlidir ki, dəmir deposu da tam olsun. Dəmir preparatı kalsium, sink tərkibli preparatlarla birgə qəbul edilməməlidir. Çünki onların qana keçmə kanalı birdir. Hansı qabağa düşə bilsə, o da keçəcək və dəmirin az keçməsi müalicənin effektini azaldacaq”.

A.İsmayılzadə bildirir ki, dəmir bədənimizdə oksigeni hüceyrəyə daşıya biləcək yeganə “nəqliyyat növüdür”: “Bir az loru dildə izah edim. Dəmir bədənimizdə oksigeni hüceyrəyə daşıya biləcək yeganə sürücüdür. Biz avtobus işləməyəndə metro ilə gedə bilirik, maşınımız xarab olanda taksi çağırırıq. Oksigen isə yalnız bir avtobusu gözləyir ki, mənzil başına - hüceyrəyə çatsın. Bu avtobusun adı eritrositdir (qırmızı qan hüceyrəsi), sürücüsü isə dəmirdir”.

Pediatrın sözlərinə görə, ən yaxşı dəmir mənbəyi qırmızı ət, qarabaşaq və keçibuynuzu bəhməzidir. Meyvə-tərəvəz o qədər deyil: “Uşaqlar aşağı hemoqlobinlə yaşamaq məcburiyyətində deyillər. Normal hemoqlobin normal dəmir, normal dəmir isə bol oksigenli yaşam deməkdir. Bol oksigen isə hər şeydir. Dediyim kimi, uşaqda qan azlığı varsa, düşünməyin ki, çuğundur-alma şirəsi içərək, keçəcək. Bunun üçün xüsusi müalicə təyin olunmalıdır. Amma dəmir preparatı verilməsinə baxmayaraq, uşaqda qanazlığı davam edərsə, bu zaman digər problemlər, məsələn, talassemiya kimi xəstəliklər araşdırılmalıdır”.

loading...
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 742
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
tatyana
Sitat: CANAN
Bir yaxinim verirdi cugurdun siresi sora qan faizini yoxlatdi.demek olar xeyri hec olmamisdi.

Bele seyleri edirik duzdu ama ele adama var tesir edir elesine var ki amma yox

Menimde bir tanışım var aynenn uşaga vermediyi qalmır cugundurdan tutmuş yerköküne,amma talessimya diaqnozu qoyublar uşaga
21 aprel 2018 17:59
9
QELBİMİ PARAMPARCA EDEN İNSANLARIN QELBİNİ ALLAHIMA TAPŞIRDIM.....ALLAHIM SEN BİLEN YAXŞI
Offline
duymecik
Oglumda var idi qan azlığı. Elləri ayaqları buz kimi olurdu çox vaxt. Çuğundur,yerkökü birde dadı acı olmasın deye başqa meyvələr də qalib şirəsini çəkib verirdim. Hərdən çugundurla balqabagın şirəsini çəkib verirdim. İndi şukur yaxsidi. Mən çuğundurun xeyrin görmüşəm.
21 aprel 2018 00:15
8
Bəzən mənə yalan danışana inanmış kimi davranıram, yazıqdı əməyi boşa getməsin 122
Offline
adsiz-a
Burda yazılanlarla raziyam,faydalı məlumat oldu.
20 aprel 2018 22:25
7
Offline
CANAN
Bir yaxinim verirdi cugurdun siresi sora qan faizini yoxlatdi.demek olar xeyri hec olmamisdi.

Bele seyleri edirik duzdu ama ele adama var tesir edir elesine var ki amma yox
20 aprel 2018 22:23
6
canan qizim sirin seker qizim.
Offline
BARBI
Mende anemiyaya meyillik var ne de etsem qanim qalxmir
20 aprel 2018 21:42
5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
YalniZ-ArZu
Pediatr duz deyir,mence meyve wireleri de derman preparatlarina destek formasinda verilse daha meslehetdir.Derman evezi yox,dermana komek kimi.
20 aprel 2018 20:26
4
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
Cema_Axodova
menim qizimada hekim demiwdi.cugundurun suyun suzursen 2saat sora verirsen
20 aprel 2018 20:00
3
Offline
Lusi
`- Daha cox kök yaxsidi tek cugundurun ne qeder xeiri varsa bir o qederde zereri var
20 aprel 2018 19:54
2
Offline
vipbetul
cox gozel meluat oldu menimucun

cox gozel meluat oldu menimucun
20 aprel 2018 19:33
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri