Badamın bilmədiyiniz faydaları

Şərhlər: 9
Baxılıb: 3 619
Səs ver:
(səs: 0)
Çərəzlər insan orqanizmi üçün olduqca faydalıdır. Xüsusilə də badamın mütəmadiyeyilməsi sağlamlığa inanılmaz kömək edir.

Badamın faydaları barədə məlumatları diqqətinizə çatdırırıq.

Ürək xəstəliyi riskini azaldır
Qanda pis xolesterol səviyyəsinin yüksəkolması ürək-damar xəstəlikləri riski ilə əlaqələndirilir.
Hər gün təxminən 20 ədəd badam yemək pis xolesterolu müəyyən səviyyədə aşağı salır. Bu da ürək xəstəliyi riskini azaldır.

Arıqlamağa kömək edir
Badam karbohidrat baxımından az, yağ və zülallar baxımından zəngin olması səbəbi ilə tox tutma özəlliyinə sahibdir. Buna görə qan şəkərini normada saxlamaq, toxluq yaratmaq və qəbizliyin qarşısını almaq kimi təsirləri ilə çəki nəzarətinə kömək edir.

Qan şəkərini tənzimləyir
Badamın tərkibində karbohidratın az, yağların çox olması səbəbi ilə toxluq müddətini uzadır. Həmçinin meyvə kimi karbohidrat tərkibli qidalarla birgə istifadəsi qan şəkərindəki ani dəyişikliklərin qarşısını alır.

Qan təzyiqini aşağı salır
Aparılan araşdırmalar maqnezium çatışmazlığı zamanı qan təzyiqinin yüksəldiyini müəyyən edib. Yüksək qan təzyiqi isə xroniki hipertəzyiqə səbəb olabildiyi kimi, ürəktutmaya da yol aça bilir. Badam maqnezium çatışmazlığını aradan qaldırır.
Ancaq qan təzyiqini yüksəltməməsi üçün duz ilə qovrulmamış,çiy olanlarını yemək lazımdır.

Qəbizliyi aradan qaldırır
Yağlı qidalar bağırsaqlardakı əzələlərin dartılıb yumşalmasına kömək edərək, bağırsaq hərəkətlərinin artmasına səbəbolur.
Liflə zəngin qidalar isə bağırsağa su çəkərək bağırsaq hərəkətlərini artırır. Badam tərkibində olan yağlar və lif sayəsində qəbizliyi aradan qaldırır.

Sümükləri gücləndirir
Sümük sağlamlığı üçün kifayət qədər kalsium və maqnezium qəbulu əhəmiyyətlidir. Xüsusilə süd və qatıq yeməyən, ya da vegeterian şəxslərdə badam istifadəsi maqnezium və kalsium tərkibi sayəsində sümüklərin güclənməsinə səbəb olur.

Dərini qoruyur
Günəşdən gələn ultrabənövşəyi şüalarla oksidatif stress dəriyə zərər verərək, erkən yaşlanmaya səbəb olur. Badamda olan E vitamini antioksidant tərkibi ilə sərbəst radikallarla savaşaraq dərini qoruyur.

Damar sərtliyinin qarşısını alır
Pis xolesterolun yüksək olması damar sərtliyinə səbəb olur. Damar sərtliyi isə ürəktutma kimi hallara yol açır. Badam Evitamini tərkibi ilə damar sərtliyinin qarşısını almağa kömək edir.

Xərçəngə qarşı qoruyur
Badam antioksidant və lif tərkibi sayəsində xərçəngə qarşı qoruyur. Heyvanlarla aparılan çalışmalarda badamistifadəsinin bağırsaq xərçənginə qarşı qoruyucu ola biləcəyi müəyyənləşib.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 3 619
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri