Yaz aylarında qidalanmaya diqqət!

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 745
Səs ver:
(səs: 0)
Günəşin altında uzun müddət qalmaq qida zəhərlənməsi və maye itirilməsinin səbəb olduğu narahatlıqların yaranmasına səbəb ola bilir. Bu halsızlığa qədər gətirib çıxarır.

Halsızlığın qarşısını almaq üçün
İsti havalarda yorğunluğun qarşısını almaq üçün az və sıx qidalanmalısınız. İsti hava səbəbi ilə yaranana iştahsızlığın qarşsını almaq və həzm sistemini rahatlatmaq məqsədi ilə yüngül və su faizi yüksək olan qidalara öncəlik verilməlidir. Süfrələrdən salatlar, zeytun yağlı tərəvəz yeməkləri və tərkibi su çox olan meyvələr əksik olmamalıdır.

Zəhərlənmə riski
İsti havalar qidaların xarab olma riskini artırır. Saxlanma şəraitinin pis olması bakteriyaların çoxalması üçün uyğun mühit yaratmaqdadır.

Riskli qruplar
Bu dövrdə artan istilər, xüsusilə, körpə, uşaq, yaşlı və hamilələr ilə təzyiq, ürək, şəkər kimi xroniki xəstəlikləri olan insanlarda sağlamlıq problerinin ortaya çıxmasına səbəb ola bilər.

İstidən həddindən artıq tərləmə nəticəsi bədəndən su ilə bərabər, kalium, natrium kimyəvi minerallar da atıldığı üçün bu vəziyyət halsızlıq, nəbz zəifliyi, yorğunluğa yol aça bilir.

Təzyiq problemi olanlar, xüsusilə, yaxşı bir protein mənbəyi olan süd və qatıq yeyilməsinə diqqət yetirməlidirlər.

Sulu meyvələr
Qarpız və qovum bədəndəki toksinləri atmağa kömək edərkən, digər tərəfdən şaftalı dəri sağlamlığını qorumağa kömək edir. Artan tərləmə səbəbi ilə su ehtiyacı digər mövsümlərlə nisbətdə təxminən iki qatı yəni 2,5-3 litrə çatır. Bunu sadəcə su içərək qarşılamaq çətin ola bilər. Qarpız, qovum, şaftalı, üzüm kimi meyvələr su ehtiyacınızı qarşılamağa kömək olacaqdır.

Yayın sevimlisi dondurma
Bu havalarda xəmir işi şirniyyatlar bizi rahatsız edə bilər. Bunun yerinə ideal şirniyyat dondurmadır. Həm süd tərkibi ilə yaxşı bir protein və kalsium mənbəyi, həm də isti havalarda içimizi sərinləşdici bir şirniyyatdır.

Necə geyinməli
Su itirilməsini azaltmaq adına paltar seçimi də ciddi mahiyyət ərz etməkdir. Açıq rəngli, pambıq ya da kətan parçadan hazırlanmış, gen və rahat paltarlar tərcih edilməlidir.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 745
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri