Nə üçün axşam yumurta yemək olmaz?

Müəllif: Onun_Mələyi
Şərhlər: 9
Baxılıb: 2 976
Səs ver:
(səs: 0)
Yumurta ən tez-tez istifadə olunan sevimli məhsullardan biridir.Rusiyalı həkim-qastroenteroloq Aleksey Paramonov “Komsomolskaya Pravda” ilə bu faydalı məhsulun düzgün və sağlam istehlakı ilə bağlı bəzi maraqlı məlumatları paylaşıb. Belə ki, həkim yumurtanı səhər yeməyi üçün ən yaxşı məhsullardan biri hesab edir. Zülallar, vitamin və minerallarla zəngin olan yumurta insana ona lazım olangüc və gümrahlıq verir, uzun müddət tox saxlayır.

Qadınla.Com xəbər verir ki, axşamlar, xüsusilə də yatmazdan bilavasitə əvvəl yumurta yemək olmaz. Həkim izah edib ki, yumurta reflüksün (qida qalıqlarının mədədən qida borusuna atılması) inkişafına səbəb olanməhsullardan biridir.İnsan yumurta yeyəndən sonra uzanarsa, reflüksün əmələ gəlməsi riski artacaq. Reflüksün simptomları arasında: qıcqırma, ağızda acı dad. Reflüks, xüsusilə xroniki hal aldıqda təhlükəli pozulma sayılır ki, nəticədə qida borusunun divarları zədələnə bilər, onlarda eroziya və xoralar əmələ gələ bilər.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 2 976
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri