Pomidoru yedikdən əvvəl qızardın - Belə daha faydalıdır

Müəllif: Onun_Mələyi
Şərhlər: 8
Baxılıb: 2 656
Səs ver:
(səs: 0)
Əksər meyvə və tərəvəzləri çiy halda yemək daha faydalı sayılır ki, yüksək temperaturlar onların tərkibində olan faydalı maddələrin qısmən dağılmasına səbəb olur. Lakin pomidora bu aid deyil.

Mütəxəssislər pomidoru çiy şəkildə deyil, yağda, sobada, qrildə qızardılmış və ya pörtlədilmiş şəkildə yeməyi tövsiyə edirlər. Məsələ burasındadır ki, pomidorun tərkibində olan çox faydalı maddə likopinin miqdarı termik emaldan sonra əhəmiyyətli şəkildə artır.

Likopin ürək və damarların sağlamlığını qoruyan ən effektli antioksidantdır - "pis" xolesterinin səviyyəsini aşağı salır, damarlarda iltihabı və bununla da aterosklerozun riskini azaldır. Bildiyimiz kimi, damarların qənimi olan ateroskleroz ürək-damar sistemi xəstəliklərinin əsas səbəbidir.

Həmçinin likopin güclü xərçəng əleyhinə vasitədir. Bu xüsusilə prostat vəzi, ağciyər, qadınlarda süd vəzi xərçənginə aiddir.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 656
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri