Xurma yedikdən sonra ağzınızı yaxalayın - Düzgün yeyilmədikdə təhlükəyə çevrilir

Müəllif: Barbaris
Şərhlər: 3
Baxılıb: 1 816
Səs ver:
(səs: 0)
Ramazan ayında süfrələrdə daha çox yer alan xurmanı yedikdən sonra üzərindən mütləq 1 stəkan su içilməlidir.

Qadınla.com xəbər verir ki, bu barədə türkiyəli stomotoloq Pertev Kökdemir məlumat verib. Onun sözlərinə görə, təbiətdən gələn bəzi şəkər növləri əslində diş minası üçün faydalı olsa da, yenə ehtiyat edilməlidir:

"Faydalı qida olan xurma çox yeyildiyi zaman və sonradan dişlər fırçalanmadığı təqdirdə digər qidalar kimi çürüklərə səbəb ola bilər.Xurma yedikdən sonra ağız su ilə çalxalanmalı, dişlər 30 dəqiqədən sonra fırçalanmalıdır".
Həkim xüsusilə 3 yaşından kiçik uşaqlara xurma verilən zaman diqqətli olmağı tövsiyə edib.

"Xurma sərt və lifli qidadır. Sərt quruluşundan ötrü dişləri və çeynəmək qabiliyyəti tam olmayan uşaqlar üçün təhlükəli ola bilər. Bağırsaqların da bu qidanı tam olaraq həzm etməməsi mümkündür. Ancaq yeyə bilən uşaqlar üçün olduqca vitaminlərlə zəngin meyvədir"
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 816
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri