Xərçəngə səbəb olan ən təhlükəli qida məhsulları - Siyahı

Müəllif: Onun_Mələyi
Şərhlər: 3
Baxılıb: 1 979
Səs ver:
(səs: 0)
Mütəxəssislər sübut edir ki, xərçəng xəstəliklərinin 1/3 hissəsinin səbəbi həyat tərzi və qidadır.Rus alimləri müxtəlif elmi araşdırmaların nəticələrini birləşdirib ən güclü kanserogen xüsusiyyətlərə malik olan qidaları müəyyən ediblər.

Qadınla.Com bu məhsulların siyahısını sizə təqdim edir.

1. Spirtli içkilər
Spirtli içkilərin çoxlu miqdarda qəbulu bütün orqanizmə ziyan vurur, xərçəngin riskini xeyli artırır. Bu xüsusilə ağız boşluğu, qida borusu, mədə, qaraciyər, nəfəs yolları xərçənginə aiddir. Maraqlıdır ki, qadınlara spirtli içkilərin qəbulu kişilərlə müqayisədə daha güclü mənfi təsir edir, onlarda cinsiyyət sistemi xərçənginin riskini artırır.

2. Emal olunmuş ət
Sosis, kolbasa, vetçina və s. məhsullar düz və yoğun bağırsaq xərçənginin riskini artırır.

3. Hisə verilmiş məhsullar (ət, toyuq, balıq)
Hisə verilmə prosesi zamanı məhsullara benzapiren maddəsi keçir. Bu maddə ən güclü kanserogenlərdən biri sayılır.

4. Qaynar çay
Qaynar içkilər və qidalar ağız, boğaz və qida borusunun selikli qişalarını yandırır, selikli qişalarda patoloji proseslərin inkişafına təkan verir. Bu isə bu orqanların xərçəng xəstəliklərininriskini artırır.

5. Qaxsımış qoz-fındıq
Xarab olmuş qoz-fındığın tərkibində aflatoksinlər əmələ gəlir. Güclü zəhər olan aflatoksinlər xüsusilə qaraciyərə çox mənfi təsir edir, qaraciyər xərçənginin inkişafının riksini artırır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 979
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri