Bu 4 səbəbə görə meyvə şirələrini içmək ziyanlıdır

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 1 882
Səs ver:
(səs: 0)
Əvvəllər meyvə şirələri ən faydalı məhsul sayılırdır.
Meyvə şirələri hətta 3 ayında etibarən körpələrəilk əlavə qida kimi verilirdi.Lakin son elmi araşdırmalar dəfələrlə sübut edib ki, meyvə şirələri nəinki orqanizmə fayda vermir, hətta sağlamlığa ziyan vurur.Bir çox qida mütəxəssisləri ümumiyyətlə meyvə şirələrini istehlak etməyi tövsiyə etmir, onların əvəzi təzə meyvələri yeməyi məsləhət görür.

Meyvə şirələrinin bir çox ziyanlı xüsusiyyətləri var:

1. Şəkərlə zəngindir ki, bu da kökəlməyə səbəb olur.

2. Qanda şəkərin səviyyəsini kəskin qaldırır ki, bu da insulini ifraz edən mədəaltı vəzini yükləyir. (İnsulin qanda şəkərin səviyyəsini tənzimləyən hormondur, mədəaltı vəzi tərəfindən ifraz olunur.)

3.Qadınla.Com xəbər verir ki, meyvə şirələri bütün digər şəkərləzəngin olan qida və içkilər kimi damarların sağlamlığına mənfi təsir edir.

4. Amerika alimləri tərəfindən keçirilmiş son araşdırmalar göstərib ki, meyvə şirələrinin istehlakı bağırsaq mikroflorasına mənfi təsir edir, faydalı mikrobların sayının azalmasına gətirib çıxardır.Mütəxəssislər bir qayda olaraq meyvə şirələrini deyil, meyvələri istehlak etməyi tövsiyə edir. Meyvələrin tərkibində həzm olunmayan qidalı liflər var ki, bu liflər qanda şəkərin kəskin qalxmasının qarşısını alır, xolesterinin səviyyəsini aşağı salır, bağırsaq mikroflorasına müsbət təsir edir. Şirələrdə bu qidalı liflər yoxdur və bu səbəbdəndə meyvə şirələri orqanizmə faydadan çox ziyan vurur.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 882
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri