D vitamini çatışmazlığı səhhətinizdə hansı problemləri yaradır?

Müəllif: Son Bahar
Şərhlər: 5
Baxılıb: 2 359
Səs ver:
(səs: 0)
Bu gün dünyada hər dörd adamdan biri D vitamini çatışmazlığından əziyyət çəkir. Günlük vitamin D-nin 90%-i günəş şüasının təsiri ilə yaranır. Ultrabənövşəyi şüaların təsirindən xolesterol D vitaminə çevrilir. Xolesterol da az olarsa, D vitamini az olur. Günəş əleyhinə olan kremlər də bu şüaların qarşısını alaraq D vitaminin yaranmasına əngəl olur. İnsanlar arasında "qaralmaq və D vitamini" ilə bağlı yanlış fikirlər var. Bəziləri düşünür ki, dərisi qaralmırsa, onda D vitamini yaranmır. Əksinə, ağ dəridə D vitamini daha qısa zamanda yaranır. Bu təbiətin möcüzəvi tarazlığıdır. Çünki ağ dəri günəş altında qaldıqca daha çox yanma və xərçəng riskinə malik olur. D vitaminin tez yarandığını bilməyimiz, bizə bu riskdən uzaq olmağa kömək edər. Qara dəridə isə əksinə, D vitamini gec yaranır”.

Pediatr Aytən İsmayılzadə açıqlamasında belə deyib. Onun sözlərinə görə, vitamin D çatışmazlığı bir aysberq hesab edilsə, o aysberqin əsas görünən tərəf uşaqlarda sıx görülən "raxit” xəstəliyi olar. Lakin D vitamininin əsas funksiyası yalnız diş-sümük möhkəmlənməsi deyil”.

Pediatr D vitamininin digər əsas funksiyalarını da açıqlayıb:

"O aysberqin suyun altında qalan böyük hissəsi osteoporoz, depressiya, xroniki ağrılar yorğunluq, immunitet zəifliyi, xərçəng riski kimi daha ciddi problemləri özündə saxlayır.

Vitamin D hormonabənzər vitamindir, ya da vitaminəbənzər hormon olmaqla orqanizm üçün çox, vacibdir. Vitamin D çatışmazlığı immun zəifliyinə səbəb olduğu kimi, artıqlığı da immun zəifliyə səbəb olur. D vitamininin orta günlük doza 400B/V.dir. 40000B/V- dan aşağı dozası toksiki deyil”.

Pediatr bildirib ki, vitamin D əksikliyi riski olanlar, qanda vitamin D-ni yoxlatdırmalı və vitamin D qəbul etməlidir.

Nigar Məhərrəm
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 359
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri