Məhsullarda olan vitaminləri necə qoruyub saxlayaq?

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 1 173
Səs ver:
(səs: 0)
Məlumdur ki, bir çox qida məhsulları düzgün qaydada bişmədikdə demək olar bütün vitaminlərini itirir.
Bu isə gündəlik olaraq qəbul etdiyimiz yeməklərin vitaminsiz olduğuna gətirir.
Nəzərə alsaq ki,bir çox insanlar gün ərzində təbii meyvə və tərəvəzləri yemirlər,o halda gün ərzində orqanizm lazımı vitamin və minerallardan məhrum olmuş olur.

Bunun isə sağlamlıq üçün nə qədər təhlükəli olduğunu bilərək,sizə, məhsullarda vitaminlərin necə qorunması haqda bir neçə qaydanı təqdim edirik:

- Məhsulları qaranlıq və sərin yerdə saxlayın.

- Meyvə, tərəvəz və göyərtini uzun müddət suda saxlamayın.

- Məhsulları həm saxladıqda, həmçinin bişirmək üçün hazırladıqda günəş işığı altında saxlamayın.

- Öncədən məhsulları doğramayın,əti ətmaşınından yalnız bişirdiyiniz zaman çəkin.

- Ət və balığı falqaya bükərək sobada bişirdikdə onlarda daha çox vitamin saxlamış oluruq.Unutmayın mikrodalğalı soba xeyirli qidanın düşmənidir.

- Çalışın məhsulları qaynatmaq əvəzinə buxar maşınından istifadə edin.

- Ətin buzunu soyuducunun aşağı sektorunda və ya otaqda açmağa çalışın, onu suya qoymayın.

- Paxlalı fəsiləsinə aid məhsulların bişdiyi su vitmin və minerallarla zəngin olduğundan onu atmayın, yeməkdə istifadə etməyə çalışın.

- Tərəvəzləri suda bişirdikdə, onları artıq qaynayan suyun içinə atın və qapağı bağlı saxlayın. Beləhalda daha az vitamin itimiş olurlar.

- Bişirilən yeməyi çox qarışdırmayın.

- Çalışın yeməkləri az porsiyada, yalnız təzə- təzə bişirin.
Bişirilən yeməyi çox saxlamayın.

Sonda isə məsləhətimiz odur ki, gün ərzində qida rasionunuzda mümkün qədər çox təbii meyvə və tərəvəzlərə üstünlük verin...
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 173
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri