Cinsi fəaliyyəti artıran qidalar

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 2 634
Səs ver:
(səs: 0)
Qədim dövrlərdən bu günədək cinsi fəaliyyətin saxlanması və gücləndirilməsi məsələsi aktualdır. Bu məsələdə əsas yer qidalanmaya verilir. Cinsi fəaliyyətin zəifləməsi orqanizmin tez qocalmasına, insanın ruhi və mənəvi cəhətdən tez düşməsinə səbəb olur.

Keçmiş təbiblərin fikrincə cinsi fəaliyyəti gücləndirən və tənzimləyən ədəvalar bunlar sayılırdı:
* darçın,
* istiot,
* əncir,
* kahı,
* püstə,
* hindqozu

Balıq kürüsü yaxşı qida olmaqla yanaşı, cinsi fəaliyəti qüvvətləndirir. bu məqsədlə ləpəli meyvələrdən qoz və püstə, digər bitkilərdən nanə, südlə bişirilmiş şalğam, səməni halvası və yetişməmiş buğdanı süddə bişirib yemək də yaxşı təsir göstərir.

Toyuğun içalatı, xaya, balıq və kürü, təzə yumurta, zəncəfil, mixək və başqa istilik gətirən ədviyyələr, cinsi fəaliyyətə müsbət təsir göstərən təbii vasitələrdir. Ancaq həddən artıq qəbul etmək də zərərlidir.

Bal sağlamlığı möhkəmləndirməklə yanaşı, cinsi fəaliyyəti gücləndirir, onu tənzimləyir.

Kabab və kükü, sərcə və bildirçin əti, kərə yağı və qaymaq, bir sıra mürəbbələr (albalı, cırhavuc, yerkökü, qabaq və qoz mürəbbələri), şəkər və kişmiş cinsi həvəsi gücləndirir. Bu zaman zirəni istiot və bal ilə və ya ağ xaşxaşı bal ilə işlətmək də faydalıdır.

Cinsi fəaliyyəti artıqmaqla yanaşı, həm də sperma yaratmaqda faydalı olan qidalar:
* Beçə əti,
* Quzu beyni,
* Badam,
* Lobya, göy lobya,
* Düyü

Bu vasitələr həm uzun ömürlük, həm də çoxuşaqlılıq rəmzi hesab olunur.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 634
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri