Məşhur professordan QARPIZLA BAĞLI ŞOK SÖZLƏR - İNANMAYACAQSINIZ

Müəllif: Son Bahar
Şərhlər: 6
Baxılıb: 1 732
Səs ver:
(səs: 0)
Daxili Xəstəliklər üzrə mütəxəssis, kardioloq və professor Canan Karatay Ramazan bayramı ilə bağlı xəbərdarlıqlar edib.

Qadınla.com istinadən xəbər verir ki, kardioloq bayram günlərində şirniyyatlardan uzaq durmağı tövsiyə edib. C.Karatayın sözlərinə görə, bütün qənnadı məhsullarının tərkibi qlükoza və fruktoza ilə zəngin olduğu üçün menyudan çıxartmaq və ya çox az yemək lazımdır:

“Qarğıdalı siropu (qlükoza və fruktoza qarışığı) ağ şəkərdən 10 qat daha zərərlidir. Hüceyrələri pozur və qaraciyərə zərər verir. Qarğıdalı siropu şəkərdən daha çox təhlükəli maddədir”.

Karatay bayramda konfet və hazır şirniyyat məhsullarını fındıq, fıstıq kimi çərəzlərlə əvəz etməyi məsləhət görüb. Şəkərin ən böyük zəhər olduğunu bildirən Karatay uşaqlara quru əncir, quru ərik və kişmiş kimi faydalı meyvə quruları verməyi tövsiyə edib.

Bayramdan bayrama yalnız bir dilim şirniyyat yediyini dilə gətirən Karatay şirəli şirniyyatlardan uzaq dayanmaq barədə də xəbərdarlıqlar edib.

Məşhur professor kənd təsərrüfatı dərmanları ilə yetişdirilmiş meyvələrin ziyanlarını da diqqətə çatdırıb. Karatay ən sağlam meyvənin qurdlu alma və zeytun olduğunu dilə gətirib.

Canan Karatay açıqlamasında qarpızın zərərlərindən danışıb: “Mən qarpız pəhrizi filan tanımıram. Qarpız, qovun triqliserid dediyimiz təhlükəli yağları, habelə qanda urik turşusunu yüksəldir. Qovun və qarpız maye şəkərdir. Şəkər və ya podaqra xəstəliyiniz varsa, vəziyyəti daha da şiddətlənir və qaraciyərinizdə, qarnınızda, buxağınızda, bir sözlə bədəninizdə yağlanma artır”.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 732
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri