Çay paketlərinin fərqli istifadə qaydaları

Müəllif: Son Bahar
Şərhlər: 5
Baxılıb: 1 442
Səs ver:
(səs: 0)
Çay xalqımızın sevimli içkisidir. Bəziləri dəmləməyə ərindiyindən paket çaylardan istifadə edir. Əgər siz də paket çay istifadə edirsinizsə, bu paketləri atmayın. Gündəlik həyatda çox işinizə yarayacaq.

“Qadinla.com” çay paketlərinin istifadə qaydalarını təqdim edir.

Arı sancması, həşərat dişləməsinə qarşı. Həşərat dişləsə, çay paketini 5 dəqiqə dondurucuda saxlayın. Sonra çıxarıb həşərat dişləyən yerə 2-3 dəqiqə basdırın. İltihabı və qızartıları aparacaq.

Dəri baxımı. Bir neçə yaşıl və ya qara çay paketini içində qaynar su olan kasaya qoyun. Başınıza dəsmal ataraq üzünüzü kasaya tutun. Dəriniz parıldayacaq, kirli məsamələri təmizlənəcək.

Yemək bişirdikdən sonra əl qoxunuzu aparır. Soğan, sarımsaqlı yemək bişirdikdən sonra əllərinizi nəmli çay paketləri ilə təmizləyib isti su və sabunla yuyun.

Ət şorbası. 8 ədəd istifadə edilmiş çay paketini qurudun. Çayı paketin içindən çıxararaq 4 stəkan isti su doldurduğunuz bir kasaya qoyub 10 dəqiqə saxlayın. Çayı süzgəcdən keçirib suyunu ətin üstünə tökün. Ertəsi gün bişirin.

Göz bölgəsi şişkinlikləri. İstifadə edilmiş iki çay paketini buzlu suda saxlayın. Sonra gözlərə kompres edin. Şişlikləri yox edəcək.

İdman ayaqqabılarını yeniləyin. Ayağınız tərlədiyindən iylənmiş idman ayaqqabısının içinə qurumuş çay paketini qoyub səhərə qədər gözləyin.

Saçlarınız ağarmasın deyə həftədə bir dəfə iki stəkan qaynamış suya iki çay paketi qoyun. 10 dəqiqə sonra suyu otaq istiliyində soyudun. Sonra o suyla saçlarınızı yuyub ardından şampunla yuyun.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 442
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri