Az yeyin ki, sağlam olun

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 1 619
Səs ver:
(səs: 0)
Elm çoxdan sübut edib ki, insanın yoluxduğu xəstəliklərin əksəriyyətinin səbəbi qidalanma qaydalarının pozulmasıdır. Çox yemək, acmadan yemək, lazım olmadığı zaman yemək, qadağan olunmuş qidaları yemək, yuylmamış və təmizlənməmiş məhsulları yemək, yeməyə başlamazdan əvvəl əlləri yumamaq, qida rasionunu düzgün seçməmək, yeməkləri qarışdırmaq və s. səbəblər orqanizmdə müxtəlif xəstəliklər yaradır.

Qadınla.Com bildirir ki, bütün bu pozuntular barədə dini mənbələrimizdə, xüsusilə, məsumların hədislərində göstərişlər vardır.
Məşhur hədisdə buyurulduğu kimi, dünyada ən ziyanlı qab yeməklə dolu mədədir.
Qurani-Kərimdə buyurulur:
"Yeyin-için, lakin israf etməyin. Çünki Allah israf edənləri sevməz" (Əraf, 31). Çox yemək qəlbi daşlaşdırar, insanı ətraf mühitə, xüsusilə də, möhtac və ac insanların vəziyyətinə qarşı laqeyd edər, üstəlik, tənbəllik və süstlük yaradar. Qarnını yeməklə doldurmuş şəxs ibadətə o qədər də meyil duymaz, istirahət etməyə və yatmağa çalışar.

Yeməklə bağlı ən mühüm problemlərdən biri çox yeməkdir. Yuxarıda xatırlanmış Quran ayəsində də bu problem vurğulanır. Xüsusilə, Ramazan ayında çox yemək və israf etmək məsələləri gündəmə gəlir. İnsanlar bəzən öz fiziki imkanlarını düzgün qiymətləndirmədən iftar və səhur zamanı çox yeyir, bununlada öz fiziki və mənəvi durumlarını çətinliyə salırlar.

Çox yeməyin mənəvi ziyanları ayrıca bir mövzu olsa da, bu dəfə onun maddi və bioloji təhlükələri barədə danışmaq istərdik. Mədəni yeməklə doldurmaq həzm prosesini çətinləşdirir. Məsumlarımız tövsiyə edirdilər ki, insan gərək öz mədəsini 3 hissəyə bölsün. Bir hissəsini yemək, bir hissəsini içəcək, bir hissəsini də hava üçün saxlasın, yəni nəfəs almağı çətinləşdirəcək dərəcədə çox yeməsin.

Alimlər çoxsaylı tədqiqatlar və təcrübələr nəticəsində bu fikrə gəlmişlər ki, sağlamlıq üçün dərindən və rahat nəfəs almaq mühüm amillərdən biridir. Yarımçıq, çətin nəfəs almaq ömrüazaldır. Aydındır ki, mədə dolu ikən tam rahatlıqla, sinədolusu nəfəs almaq çətindir. Sağlam qalmaq istəyən şəxs öz daxilində rahat nəfəs almaq üçün kifayət edəcək qədər yer saxladığına əmin olmalıdır, bunun üçün isə az yemək lazımdır.

Orqanizmə daxil olmuş hava karbon qazından təmizlənmək üçün əvvəlcə ciyərlərə daxil olur, burada təmizləndikdən sonra qana ötürülür. Əgər insan dərindən nəfəs almırsa, ciyərlərə lazımi miqdarda oksigen daxil olmur. Nəticədə, proses zəifləyir, qanın oksigenlə zənginləşməsi normadan aşağı həddə olur. Qan üçün həyati əhəmiyyət daşıyan oksigenlə kifayət qədər zənginləşməmiş qan orqanlara ötürüləndə müxtəlif fiziki nasazlıqlar yaranır.

Biz dəqiqədə orta hesabla 16 dəfə nəfəs alırıq. Hər nəfəsalma zamanı ciyərlərə təxminən yarım litr hava daxil olur. Beləliklə, sutka ərzində 23 min dəfədən artıq nəfəs alır və orqanizmə 12 min litrə yaxın hava ötürürük. Bu havanın tərkibində başqa qazlarla yanaşı, oksigen də vardır.

Yalnız bir qədər boş mədə ilə dərindən nəfəs almaq və lazımi miqdarda 0
oksigeni qana çatdırmaq mümkündür. Qəribədir, biz artıq pul xərcləməklə, zəngin süfrələr qurmaqla və çox yeməklə həm də özümüzə xəstəliklər qazanırıq. Mağazadan ehtiyacdan artıq olan yeməkləri almaqla sanki özümüzə xəstəliklər alırıq.

Məşhur şair, öz nəsihətamiz şeirləri ilə tanınan Sədi Şirazi belə bir hadisəni təsvir edir. Həzrət Peyğəmbərin (s) zamanında əcəm padşahlarından biri Mədinəyə bir həkim göndərir ki, müsəlmanlara xidmət etsin. Həkim Mədinədə uzun müddət qalır, amma ona müraciət edən olmur. İşsiz qalan həkim axırda bunun səbəbini öyrənmək üçün Peyğəmbərin (s) hüzuruna gedir, vəziyyəti ona danışır. Peyğəmbər (s) həkimi dinlədikdən sonra buyurur: "Biz müsəlmanlar acmadan yemərik, doymadan süfrədən qalxarıq. Ona görə də bizim aramızda xəstəlik az olar". Həkim bu sözləri eşidəndə anlayır ki, bu cəmiyyətdə iş tapmaq onun üçün çətin olacaq, ona görə yığışıb öz vətəninə qayıdır...
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 619
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri