DİQQƏT! - Dondurmadakı ciddi təhlükə ...

Müəllif: Son Bahar
Şərhlər: 8
Baxılıb: 1 440
Səs ver:
(səs: 0)
Havalar isindikcə yay mövsümünün ən sevilən təamlarından olan dondurmalara tələbat da artır.

İndi ticarət mərkəzlərində, eləcə də parklarda açıq şəkildə dondurmaların satışına rast gəlinir. Mütəxəssislər açıq şəkildə parklarda satılan dondurmalarla bağlıciddi təhlükə olduğunu bildirirlər.

Dondurmanın qabı əzilibsə, deməli, əriyib və sonra təkrar dondurulub. Bu isə o deməkdir ki, həmin dondurmanın keyfiyyəti aşağı düşüb. Üstəlik, zəhərlənmə riski də artıb.

Qida Təhlükəsizliyi Agentliyi keyfiyyətsiz və təhlükəli dondurmalarla bağlı istehlakçılara xəbərdarlıq edib. Qurumun Nəzarət Təftiş Şurasının baş məsləhətçisi Səidə Səmədova deyir ki, istehlakçılar bəzən dondurmanın saxlanılması ilə bağlı ən adi qaydaları bilmədiklərindən qida zəhərlənməsinə məruz qala bilirlər.

Agentlik rəsmisi həmçinin bildirir ki, rəngli dondurmalara xüsusilə diqqət yetirilməlidir. Dondurmalara vurulan sintetik rəngləndiricilər allergik xəstəliklərə yol açma potensialına malikdir.

Açıq şəkildə satılan dondurmaların üzərinə birbaşa günəş şüaları düşməməlidir. Dondurmanın saxlanıldığı soyuducunun üzəri qoruyucu örtüklə örtülməlidir. Bu və digər qaydalara əməl edilmədikdə dondurma asanlıqla yararlı qida məhsulundan təhlükəliyə çevrilə bilir.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 1 440
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri