Yemişi necə yeyək ki, faydası olsun? Diyetoloqlar tövsiyə edir

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 1 960
Səs ver:
(səs: 0)
Yemiş çox faydalı məhsuldur.Vitamin, minerallar, həll olunmayan liflər, pektinlərlə zəngin olan yemiş bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyiaradan qaldırır, sinir sistemi üçünfaydalıdır, cinsiyyət sisteminə müsbət təsir edir, insanı daha gümrah edir, stress və depresiya ilə mübarizə etməyə kömək edir.Lakin bütün bu faydalı xüsusiyyətləri ilə yanaşı yemiş ağır, çətin həzm olunan məhsul sayılır, qarında ağrı, köp, ishal kimi hallara səbəb olur.
Diyetoloqların fikrinə görə, bununsəbəbi yemiş deyil, onun düzgün şəkildə istehlak edilməməsidir. Bəsyemişi necə yeyək ki, faydası olsun?

Qadınla.Com sizə diyetoloqların tövsiyələrini təqdimedir:

1. Yemiş əksər hallarda yeməkdən sonra desert kimi yeyilir. Bu çox böyük səhvdir. Digər qidalarla qarışanda yemiş tez-tez həzm problemlərinə səbəb olur. Bu səbəbdən yemişi yeməkdən 2 saat əvvəl və ya 2 saat sonra yemək lazımdır.

2. Yemişi çox yemək olmaz. Bu qarında ağırlıq və köp kimi xoşagəlməz hallara səbəb ola bilər. Mütəxəssislər bir dəfəyə 200 qr-dan artıq yeməməyi tövsiyə edirlər.

3. Yemişdən sonra soyuq su, qatıq, kefir, yoğurt, süd içmək olmaz.

4. Yemişlə yanaşı spirtli içkilər qəbul olunarsa bu ağır ishala səbəb ola bilər.

5. Şəkərli diabet, mədə və 12 barmaq bağırsağı xora xəstəliyi, qastrit, kolit (kəskinləşmə dövründə), həzm sisteminin infeksion xəstəlikləri zamanı yemişdən imtina etmək lazımdır.
6. Uşaq əmizdirən ana da yemiş yeməməlidir ki, bu uşaqda həzm pozulmalarına gətirib çıxarda bilər.

7. Doğranmış yemişi soyuducuda uzun müddət ərzində saxlamayın. Doğranmış yemişdə mikrobların sayı sürətlə artır ki, bu da zəhərlənməyə səbəb ola bilər.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 960
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri