Xörək duzu bizi necə məhv edir? - Onu nə ilə əvəzləməliyik?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 1 966
Səs ver:
(səs: 0)
Dünyanın naturalist alimləri, o cümlədən, Herbert Şelton, Pol Breqq, Katsudzo Nişi, Norman Uoker elmi əsaslarla sübut ediblər ki, insanların ağır xəstələnməsinə və tez ölməsinə güclü təsir göstərən 3 amil var - şəkər, duz və narkotik maddə tozu. Alimlər onların üçünü də "AĞ ÖLÜM" adlandırıblar.

Xoşbəxtlikdən, narkotik maddəni az adam qəbul edir. Lakin şəkərlə duzu, demək olar, hər kəs, hər gün və gündə bir neçə dəfə qəbul edir. Elə adamlar var ki, xörəyi dadmamış əlini duz qabına uzadır.

İnsanların əksəriyəti şəkəri və duzu normadan (duz 4 qram) 4-5 qat artıq qəbul edirlər. Aydın məsələdir ki, onlar ömürlərini 4-5 dəfə qısaltmış olurlar.

ABŞ-ın Boton şəhərindəki Briqhem qadın xəstəxanasının mütəxəssisləri 24 il ərzində, 30-54 yaş arasında olan 2974 xəstə üzərində müşahidə aparıblar. Xəstələr gündə 1200 - 9000 milliqram xörək duzu qəbul ediblər. Duzpərəst xəstələrin 272 nəfəri dünyasını vaxtından qabaq tərk edib. Aydın olub ki, duz qəbulu ilə ölüm riskinin artması arasında birbaşa əlaqə var.

“Möcüzəsiz möcüzə” kitabıyla sağlam həyat tərzi yaşamaq istəyənlərin sevimlisinə çevrilən gigiyena mütəxəssisi, sağlam həyat bilicisi Ərşad Əzimzadə açıqlamasında duzun –daha oğrusu, normadan artıq istifadə edilən duzun – insan orqanizmi üçün nə dərəcədə zərərli olmasını bu cür əsaslandırıb və xörək duzunu nə ilə əvəz etməyin lazımlılığı barəsində danışıb:


“Mən sağlam həyat tərzinə keçəndən -1995-ci il- bəri xörək duzundan istifadə etmirəm, qəbul elədiyim salatlara və dəmləmələrə çay qaşığının ucunda maqnezium sulfat duzu səpirəm. Orqanizmə lazım olan üzvi duzları isə, təbii duzlarla zəngin olan çiy meyvələrdən və çiy tərəvəzdən alıram. Nəzərə alın ki, çiy meyvə-tərəvəzin tərkibində həm də kifayət qədər natural şəkər (fruktoza şəkilində) və bütün vitaminlər, mikroelementlər var”.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 966
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri