Xolestrini azaldır, həzmi asanlaşdırır - Şaftalı suyunun faydaları

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 1 759
Səs ver:
(səs: 0)
Mövsüm meyvələrinin şirələri insan sağlamlığı üçün əsas vasitələrdən biridir.

Qadinla.com xəbər verir ki, C, E və K vitaminləri, fosfor, maqnezium, mis, sink, kalium, manqan, dəmir və kalsium kimi minerallarla zəngin olan şaftalı suyu vücudun immunitetini qoruyur.

Bəs digər faydaları nədir?

Xərçəngdən qoruyur
Şaftalı suyunun əsas faydası odur ki, anti-kanserogen təsiri sayəsində sərbəst radikalların səbəb mənfi təsirlərin qarşısını alır. Şaftalı suyu xüsusilə döş, ağciyər və kolon xərçənginə qarşı qoruma təsiri yaradır.

Daha sağlam gözlər
Şaftalı şirəsi göz sağlamlığını qorumasında da xüsusi rol oynayır. Çünki onun tərkibi gözlər üçün faydalı olan beta karoten və karotenoid baxımından zəngindir. O, həm kataraktanın qarşısını alır, həm də yaşla meydana gələn göz zəifliyini aradan qaldırır.

Həzm sistemini tənzimləyir
Həzm sistemini yaxşılaşdırır və bağırsaq xərçənginin qarşısını alır, həmçinin hemoroid və qastrit kimi mədə xəstəliklərinə müalicəvi təsir göstərir.

Arıqladır
Şaftalı suyunu məşqdən sonra içmək faydalıdır. Lif ehtiva etməsi səbəbi ilə uzun müddət tox qalmağı təmin edir.

Xolesterini azaldır
Şaftalı xolesterinin səbəb olduğu hipertoniya, diabet kimi xroniki problemlərin yaranmasına mane olur. Damarları təmizləyərək ürək sağlamlığını qoruyur.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 759
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri