Vegetarian olmaq üçün 14 səbəb

Müəllif: Sweet Candy
Şərhlər: 8
Baxılıb: 3 874
Səs ver:
(səs: 0)
“Vegetarianizm bəşəriyyətin taleyini dəyişə bilər – Albert Einstein”

21-ci əsrdə yaşamağımıza baxmayaraq, hələ də vegetarian kəsləri məsxərəyə qoyanlar kifayət qədərdir. Sanki hər kəs sağlam qidalanma üzrə ekspertmişcəsinə, qarşısındakını lazımsız öyüd-nəsihət atəşinə tutur.

Sözsüz ki, belə insanların dediklərini vegetarianlar nəinki ciddi qəbul edir, heç qulaq belə asmırlar. Çünki hər bir vegetarianın bu seçimi etməsi üçün kifayət qədər tutarlı səbəbləri var.

Bu yazımda sizə vegetarian olmaq üçün 14 səbəb təqdim edəcəyik.

Vegetarian olmağın sağlamlıq üçün faydaları

1. Əgər vegetariansınızsa, artıq çəkidən xilas olmağınız və çəkinizi normada saxlamağınız daha asandır.
2. Vegetarianlar digərləri ilə müqayisədə 22% daha az xəstəxanaya baş çəkirlər.
3. Vegetarian insanlar daha fitdirlər. Dünyanın ən uğurlu atletlərinin əksəriyyəti vegetariandır.
4. Vegetarian insanlar cinsi həyatlarında daha sağlam və aktivdirlər.
5. Bu danılmaz bir faktdır ki, vegetarianlar ruhi olaraq daha dincdirlər. Onların yaddaşları daha güclüdür.

Heyvanlarla dost olmalı
ya onları yeməli?
6. Hər saniyə minlərlə heyvan işgəncələrə məruz qalır, əzab verilir. Ən yaxşı halda isə öldürülür. Sadəcə bir vegetarian belə bu qətliamın azalmasına kömək edə bilər.
7. Ət yeyən bir insan bütün ömrü boyunca 36 ədəd donuz, 36 ədəd qoyun, 750 ədəd toyuq yeyir. Bu qədər qətliama şərik olmağa hələ də razısan?!
8. Heyvanlar da insanlar kimi hiss edilər – Onlar da ağrı və qorxunun nə olduğunu bilirlər.

Ət yeməyin zərərləri nələrdir?
9. Hər il milyonlarla zəhərlənmə faktı qeydə alınır ki, bunların da böyük əksəriyyəti ətli qidalar ucbatından baş verir.
10. Yağlı ət qəbul etmək, infarkt və xərçəng riskini artırır.
11. Ət yeyən insanlar arasında bu kimi xəstəliklər daha geniş yayılmışdır – qansızlıq, sinə xərçəngi, prostat xərçəngi, diabet, yüksək təzyiq, həzm problemi xəstəliyi, obezite və s.
12. Qəbul etdiyiniz sosis və kolbasaların tərkibində üyüdülmüş heyvan bağırsaqları ola bilər…

Əlavə olaraq deməkdə fayda var:
13. İnsan bədəni üçün labüd olan protein, vitamin və mineral maddələr ətdən başqa qida maddələrində də mövcuddur.
14. İnsanlar lazımi vitaminləri qəbul edə bilsinlər deyə heyvanları kəsib yeyir. Amma başa düşmürlər ki, həmin heyvanlar bitkilərlə qidalanır.

Təbii ki siyahını uzatmaq olar – əgər istəsən!
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 3 874
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri