3 addımda bol su içmək vərdişinə yiyələn

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 1 581
Səs ver:
(səs: 0)
Hər kəs su içməyin sağlamlıq üçün faydalı olduğunu bilir. Amma heç də hamı kifayət qədər su içmir.

Onu da qeyd etmək lazımdır ki, bəzi insanlar istəsələr belə su içə bilmirlər. Sadəcə vərdiş etmək lazımdır.

Mütəmadi su içərək bunu vərdiş halına gətirdikdən sonra bədənimiz özü bol su tələb edəcək. Aşağıdakı metodlardan istifadə etməklə, siz özünüzdə su içmək vərdişi yarada bilərsiniz.

Bunlar internetdən toplanmış məlumat yox, mənim istifadə edərək nəticəsini əldə etdiyim metodlardır.

Vərdişə tədricən yiyələnmək
Özünüzə söz verirsiniz ki, sabahdan etibarən hər gün ən azı 2 litr su içəcəksiniz. Amma 1.8 litrdən sonra su boğazınızdan keçmir. Təbii ki bu sizi məyus edəcək.

Hər bir çətin vərdiş kimi, su içməyə də tədricən başlamaq lazımdır. Qarşıdakı bir həftə əzində gündəlik olaraq 1 litr su için. Daha sonra tədricən miqdarı artırın. Müddəti özünüz də müəyyən edə bilərsiniz. Bəlkə miqdarı artırmaq üçün heç 1 həftə lazım gəlmədi?

Bəs disiplinli olaraq bunu necə etməli?!
İçdiyiniz hər litr üzrə qeydiyyat aparın
Mənim hələ də istifadə etdiyim metod budur: Ofisə çatanda ilk olaraq rəngli kağıza hansı saatda su içməli olduğumu yazıram. Məsələn:


– saat 8-dən 9-a qədər 300 ml;

– 9-dan 10-a qədər 300 ml su,

– saat 11-də çay, daha sonra naharadək 300 ml. su içilməlidir.

Kağızı divara yapışdırıram. Prosedur tamamlandıqca kağızdakı bəndlərə + qoyuram. Bu isə adamda daha çox həvəs yaradır.

Beləliklə səhər evdən çıxana qədər içdiyim 1 neçə qurtum suyu da saysaq naharadək 1 litr su içmiş oluram. Nahardan sonrakı qeydləri də bu minvalla davam etdirirəm. Bəzən günü sonunda 3 litrə qədər su içmiş oluram. Halbuki məqsədim sadəcə 2 litr idi.

Bəs bunun da faydası olmasa necə?
Göz oxşayan su qabları

Bu çox qeyri-adi bir şeydir. Su qablarında içilən suyun dadı doğurdan da fərqli olur. Mən evdə 600 ml.lik su qabından istifadə edirəm. Bəzən bir nəfəsə suyun hamısını içmiş oluram!

Hər qiymətə bu cür su qabları əldə etmək mümkündür. Sizdə su içməyə həvəs yaradacaqsa, hər halda almağa dəyər.

Əgər yenə də su içmək sizin üçün çox çətindirsə, suyun içinə limon, alma yaxud zövqünüzə görə hansısa meyvə də əlavə edə bilərsiniz.

Unutmayın ki, vərdişə nail olmaq qısamüddətli dövrdür. Müəyyən müddət keçdikdən sonra bədəniniz daha çox su tələb edəcək. Beləliklə, məqsədinizə nail olmuş olacaqsınız.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 581
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri