Vegetarianizmin növləri

Müəllif: Sweet Candy
Şərhlər: 7
Baxılıb: 1 203
Səs ver:
(səs: 0)
Vegetarianizm sadəcə qida pəhrizi deyil. Bu bir həyat tərzidir. İnsanlar bu həyat tərzini bir sıra səbəblərə görə seçirlər. Bir qrup insanlar dini, iqtisadi, etik səbəblərdən vegetariandırlarsa, digər qrup insanlar sırf sağlam həyat tərzi yaşamaq üçün bu yolu seçirlər. Elə vegetarian sözünün mənası “sağlam həyat” deməkdir.

Vegetarian dedikdə ağıla sadəcə “ət yeməyən adam” fikri gəlməməlidir. Çünki vegetarianizm olduqca şaxəlidir.

Lakto vegetarianizm: Ət və ət məhsulları, eyni zamanda yumurta da qəbul edilmir. Amma süd və süd məhsullarından (süd, yağ, pendir, yoqurt, kefir və s) istifadə olunur.

Ovo vegetarianizm: Ət və ət məhsulları, eyni zamanda süd və süd məhsulları qəbul edilmir. Amma yumurta yemək qəbuldur. “Ovo” sözü Latınca yumurta mənasını daşıyır. Ovo vegetarianlara bəzən “eggetarians” da deyilir.

Lakto-Ovo vegetarianizm: Ət və ət məhsulları qəbul edilmir. Amma süd və süd məhsulları, yumurta və bal qəbul edilir. Tipik Lakto-Ovo vegetarian pəhrizinə daxildir: meyvə, tərəvəz, çərəz, taxıl məhsulları, göbələk, süd, yağ, pendir, yoğurt, kefir və yumurta. Bu növ dünyada daha geniş yayılmışdır.

Veqanizm: Bütün növ ət və ət məhsulları, süd və süd məhsulları və bal qəbulu yolverilməzdir. Veqanlar həmçinin, heyvanlar üzərində sınaqdan keçirilən heç bir qidanı və məhsulu nə qəbul edir, nə də istifafə edirlər. Kürk, dəri, ipək, yun məhsulları veqanların həyatında qəbuledilməzdir.

Çiy veqanizm: Bu qrupa daxil olan insanlar bişməmiş məhsullar – tərəvəz, meyvə, toxum, çərəz qəbul edirlər. Qidaların çiy qəbul edilməsi üçün 48 °C-dən yuxarı temeperaturda qızdırılmamalıdır.

Fruitarianizm: Sadəcə meyvə, çərəz, toxum və bitkiyə zərər vermədən toplana biləcək digər məhsulların qəbul edilməsidir. Fruitarianizm veqanizmin alt növü hesab olunur.

Pesketarianizm: Bu qrupa daxil olan insanlar balıq əti və dəniz məhsulları qəbul edirlər amma digər heç bir ət növünü qəbul etmirlər. Bəzi deyimlərə görə balıqların ağrı hiss etməməsini əsas gətirərək, bir qrup insan vegetarianizmin bu sahəsini üstün tutur. Lakin vegetarianizmdə ət yemək qəbul edilmədiyi üçün, bu qrupdan olanlar Vegetarian Cəmiyyəti (Vegetarian Society) tərəfindən vegetarian olaraq qəbul edilmirlər.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 1 203
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri