Menstruasiyanı ağrılı keçirənlər üçün FAYDALI QİDALAR

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 1 300
Səs ver:
(səs: 0)
Menstruasiya dövrünüz narahat, bitkin və ağrılı keçirsə, bu dövrü qidalardan istifadə edərək daha rahat bir şəkildə keçəcək. Sizlər üçün punktlar üzrə sadaladığımız yeyəcəkləri nizamlı olaraq istehlak edin, adət sancısının gündəlik həyatınızın mənfi əziyyət çəkməsinə icazə verməyin. Məhz ədəd ağrısına yaxşı gələn 10 super qidanı Qadinla.com sizlər üçün təqdim edir.

Cəfəri

Cəfərinin tərkibine, menstruasiya ağrılarını aradan qaldırmada son dərəcə təsirli olan iki birləşmə daxildir. Bundan başqa, nizamsız ədəd dairələrini də tənzimləməyə köməkçi olur. Cəfərini bir stəkan suda təxminən 5 dəqiqə qaynadın. Soyuduqdan sonra için. Ədəd ağrılarını yüngülləşdirmək üçün gündə ən az 2 stəkan istehlak edin.

Zəncəfil

Zəncəfil, menstruasiya ağrısına səbəb olan prostaglandin səviyyəsini salmaqda mühüm rol oynayır. Bundan başqa, adət öncəsi baş verən yorğunluğa və nizamsız adət dövriyyəsinə yaxşı gəlir. Zəncəfil çayı edərək, içərisinə limon və ya bal əlavə edin. Bu qarışığı gündə 3 stəkan içə bilərsiz.

Reyhan

Reyhan, menstruasiya ağrısını və sancını azaltmada çox təsirli bir bitkidir. Kafeik turşu daşıdığından, adət ağrısını aradan qaldırır. Reyhanı bir stəkan suda qaynadın. Stəkanın ağzını bağlayaraq təxminən 20 dəqiqə dəmə qoyun. Gündə bir stəkan içə bilərsiz.

Somon balığı

Omega-3 və D vitamini mənbəyidir. Reql simptomlarını yüngülləşdirməyə yardımçı olur. Ədəd dövrü öncəsi payınızda somon balığına yer verin. Anti-enflamatuar təsirləri sayəsində, şişkinlik və ağrıdının qarşısı alınır.

Banan

Menstruasiya dövründə qasıqda meydana gələn ağrıdığından və ağrıları qarşısını almaq üçün banan yeyə bilərsiz. Banan, adət sancısı və həzm sistemi xəstəliklərinə yaxşı gəlir, şişkinliyi qarşısını alır.

Bitter şokolad

Reql simptomlar çox güclüdürsə, kakao nisbəti yüksək bitter şokolad yeyə bilərsiz. Bitter şokolad, əzələlərin zəifləməsinə və xoşbəxtlik hormonunun aktivliyinin artmasına yardımçı olur. Bundan başqa, menstruasiya dövrü ilə bağlı əsəb və gərginliyi azaldır.

Ananas

Ananas, aşağı kalorili meyvədir. Əzələlərin rahatlanmasına və menstruasiya ağrısının yüngülləşməsinə yardımçı olur. Eyni zamanda şişkinlik kimi simptomları azaldır. Ruh halını yaxşılaşdırır, xoşbəxtlik verir.

Doşab

Doşab, B6 vitamini və dəmir, kalsium, maqnezium, kalium kimi minerallar baxımından zəngindir. Adət dövründə baş verən gərilmələrə bağlı ağrını azaldır, enerji verir. Gündə 1 və ya 2 xörək qaşığı doşab istehlak edərsiniz.

Küncüt

Küncüt, damarlardakı qan axınını tənzimləyir, adət ağrılarının və spazmların önünə keçir. Təxminən 1 ovuc küncütü 2-3 saat suda saxlandıqdan sonra yeyə bilərsiniz.

Kalsium

Kalsium, ədəd ağrılarını aradan qaldırmağa köməkçidir. Kalsium baxımından zəngin qidalar istehlak etmək, adət dövründə yaşayacaqsınız sancıları yüngülləşdirir, hətta tamamilə aradan qaldırır. Süd məhsulları, brokkoli, soya südü, ton balığı və digər balıqlar kalsium ehtiva edən qidalardır.

Menstruasiya ağrısına yaxşı gələn qidaları adət olmadan bir həftə əvvəl yeməyə başlasanız, qarın və qasıq ağrılarını əvvəlcədən qarşısını ala bilərsiz.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 300
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri