Gecə rahat yatmaq istəyirsinizsə,bunları yeməyin - XƏBƏRDARLIQ

Müəllif: Onun_Mələyi
Şərhlər: 5
Baxılıb: 2 447
Səs ver:
(səs: 0)
İnsanların çoxu istəmədən gec saatlardayemək yeməli olur. Əslində, burada heç bir qəbahət yoxdur. Gecə yatmazdan 4 saat əvvələ qədər yemək olar. Lakin diqqət etməli olduğunuz məqam nə yeməkdir. Dietoloqlar bildirir ki, bir çox qidalar gecə yeyildikdə yuxunun keyfiyyətinə mənfi təsir edir. Həzmi çətin olan və uzun müddət mədə-bağırsaqda qalan qidaların yatana yaxın yeyilməsi bir çox sağlamlıq probleminə səbəb olur.

Qadınla.Com bildirir ki, gecə yeyilməsi məsləhət görülməyən qidaların siyahısınısizə təqdim edir.

Qırmızı ət

Axşam yemək saatınız 20.00-dan sonrayatəsadüf edirsə, qırmızı ət yeməyi ağlınızdan çıxarın. Sərt quruluşu və zülaltərkibi yüksək olduğundan uzun müddət tox tutan qırmızı ət yatarkən bağırsaq sisteminizdə olacaq. Bu hal isə yuxu nizamınızın pozulmasına gətirib çıxaracaq.

Spirtli içkilər

Bəziləri elə düşünür ki, çox miqdarda spirtli içki qəbul etmək yaxşı yuxuya səbəb olur. Bu, əsla belə deyil. Spirt yatmağa səbəb olmur, üstəlik, uzun və rahat yuxu nizamını pozur. Spirtli içki qəbul edən günü narahat yatır və gecə boyunca bir neçə dəfə oyanırsınız. Spirtli içkidən uzaq olan insanlar üçün isə belə gecələr, ümumiyyətlə, əsəbi və gərgin keçir. Vaxt keçdikcə asılılıq yaranması isə davamlı spirt qəbul etməyə gətirib çıxarır. Rahat bir yuxu üçün spirtli içkilərdən uzaq durmalısınız.

Tünd şokolad

Gün ərzində ləzzətlə yeyilən şokoladı axşam da yemək istəyirsiniz. Şokolad yemək ləzzətli olsa da, bu, sizin gecəni rahat yatmanıza mane olan qidalardan biridir. Yuxu qaçıran və insana ekstra enerji verən kafeinin bu şokolad miqdarı daha çoxdur. Demək olar ki, tərkibində bütün şokoladlar içərisində olan kafein var. Bu şokoladı gecə yedikdə ürək ritminin sürətlənməsi baş verir. Bu zaman isə yuxunuzun keyfiyyəti pozulur.Ağ şokoladların isə tərkibində bu komponentlər daha az olduğu üçün yuxu keyfiyyətinə təsiri daha azdır.

Sarımsaq

Ümumi olaraq yatmazdan əvvəl içərisindəsarımsaq olan qidaları yemək məsləhət deyil. Bunun bir çox səbəbi olsa da, təməl səbəb yuxu nizamsızlığı yaratması və gecə keyfiyyətsiz yuxuya səbəb olmasıdır. Sarımsağın yuxu qaçırmasına səbəb mədəni göynətməsidir. Xüsusilə, sarımsağın həssas mədədə reflüks kimi problemlər yaratmasını unutmayın.

Səhər yeməyində yeyilən taxıllar[/b[

Hazırda bir çox insan səhər yeməyində taxıllara üstünlük verir. Bu qidalar bəzi hallarda yüksək kalori tərkibli olmadığı üçün gecə yatmazdan əvvəl də yeyilir. Lakin nəzərə alın ki, yuxunuzun pozulmasına səbəb olan qidalardan biri dəsəhər yeməyi üçün nəzərdə tutulan taxıllardır. Yatmazdan əvvəl qan şəkərinizin sürətlə yüksəlməsini təmin edən taxılları yemək keyfiyyətsiz bir yuxuya ekvivalentidir.

[b]Şirniyyatlar


Gün ərzində şirniyyat ehtiyacını qarşılamaq üçün yeyilən şirniyyatlar da gecə yuxusunu pozan qidalardandır. Aparılan araşdırmalardan birində yuxudan əvvəl bir neçə adama şirniyyat verilib.
Məlum olub ki, şirniyyat yedikdən sonra yatan 10 fərddən 7-si gecə yuxudaqorxub və narahat yatıb. Bu vəziyyət gecə yatmazdan əvvəl yüksək miqdarda yeyilən şəkərin nəticəsi kimi qiymətləndirilib.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 447
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri