Hamilə qalmaq istəyənlər üçün qidalanma rejimi

Müəllif: Onun_Mələyi
Şərhlər: 3
Baxılıb: 3 157
Səs ver:
(səs: 0)
Ət və ət məhsulları.
Hamilə qalmaq istəyənlər hər qida qəbulu zamanı bol protein qəbul etməlidir. Protein hormonların əmələ gəlməsində və sağlam hüceyrələrin yaranmasında vacib rol oynayan amillərdən biridir. Açıq havada və hində böyüyən ev quşları, onların yumurtaları, yağsız ət, təbii süd və süd məhsulları balıq proteinlə çox zəngindir.

Yağlar.
Qadınla.Com bildirir ki, mütəxəssislər hamilə qalmaq istəyən qadınlara təbii və sağlam yağlardan istifadə etməyi məsləhət bilir. Avokado yağı, kətan toxumu yağı, balıq yağı, müxtəlif quru meyvə yağları hamilə qalanların sağlam orqanizmə sahib olacaqlarının təminatıdır.

Taxıl bitkiləri.
Hamilə qalmaq istəyənlərə təbii düyü, yulaf və buğdadan istifadə etmək məsləhət görülür. Mərci, quru meyvələr, bitki toxumları orqanizmim proteinə olan təlabatını ödəyir.

Meyvə və tərəvəzlər.
Hamilə qalmaq istəyən qadınlara göy qurşağı rəngində olan meyvə və tərəvəzlərdən yemək məsləhət görülür.

Göyərti.
Tərkbində fol turşusu olan və həzmi sürətləndirən göyərtilərdən bol-bol istifadə etmək məsləhət görülür.

Qidalanmada yavaş-yavaş yeməyə üstünlük verin. Hər bir qidanı çoxlu çeynədikdən sonra udun.
Çalışın hər bir meyvə və tərəvəzi öz mövsümündə yeyin.
Qəbul elədiyiniz qidalar sizin hormonal sisteminizin fəaliyyətini normya sala bilmədikdə həkimə müraciət edin.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 157
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri